Müftəxorluq nə gözəl peşə idi, tutmuş idim (M.Ə.Sabir); Müəllimlər öz şagirdlərini zəhmətsevərlik ruhunda tərbiyə etməlidirlər.
Müharibə hamıya bədbəxtlik gətirir (S.Vəliyev); [Baǧır xan:] Biz düşmənin sülh təklifini qəbul etməklə, sülhpərvər dünyanın məhəbbətini daha artıq qazana bilərik (M.S.Ordubadi).
İgid ölər, adı qalar, müxənnətin nəyi qalar (Ata. sözü); Dosta, ailəyə sadiq adamdır (“Ulduz”).
– O nadürüstün əlindən hər müxənnətlik gələr, yoldaş komissar! (M.Hüseyn); Onun ən yaxşı cəhətlərindən biri də dosta sadiqliyidir (“Azərbaycan”).
O, Səmədə müxtəsər bir cavab verdi (Ə.Vəliyev); Ev böyük; Geniş pəncərəli, qapılı (R.Rza).
Mükalimə iki adam arasında gedən söhbət, monoloq isə bir adamın söylədiyi nitqdir.
Yenə də diqqətli, xeyli mükəddər; Yanaşıb qızına “can bala” dedi (M.Rahim); İndi isə sevinc hədsizdi (Ə.Vəliyev).
Fizikanı yaxşı bildiyi üçün Məmməd çox asanlıqla, həm də tezcə bu bəhsi də mükəmməl öyrənib mənimsəyərdi (Ə.Əbülhəsən); Neyləyim, qüdrətim zəifdir hələ; Görüm təbiətin kor olsun gözü! (S.Vurǧun).
Finlandiyanın sərt qışı şəraitindən xəstələnmiş polkovnik Ə.Əliyev mülayim qurşaǧa göndərilir.
Yədulla mülayim səslə soruşdu (C.Əmirov); Cahandar aǧa zəhmli baxışlarını nökərlərin üzünə zillədi (İ.Şıxlı).
Rüstəm getdikcə sərtləşir, heç kəsin fikrinə qulaq asmaq istəmirdi (M.İbrahimov); Balacaya birdən-birə elə gəldi ki, Daşdəmirin baxışları yumşaldı, mülayimləşdi (G.Hüseynoǧlu).
Mən mülayimlik və mətanət göstərdiyim üçün əsirlikdə əziyyət çəkmədim (M.Talıbov); Onun sözləri sanki Qaraşın soyuq rəftarının, kobudluǧunun izlərini silib apardı (M.İbrahimov).
O saat səsinə mülayimlik gəldi (Çəmənzəminli); Xanım bu acı və istehza ilə dolu sözlərə Güləbətinin bu vaxta qədər görmədiyi bir sərtlik və qətiyyətlə son qoydu (M.İbrahimov).
Onların arasındakı münaqişə uzun sürmədi (H.Nadir); Hamı sülh istəyir (Mir Cəlal).
Onu müntəzəm surətdə becərmək, həm də becərmək deyil, nazını çəkmək lazımdır (Ə.Vəliyev); Hərdənbir imkan düşəndə Mərdəkandan Moskvaya gül də aparıram (C.Əmirov).