Çünki Məşədi Kazım aǧanın iki mənalı sözündən bir şey anlamışdı (M.S.Ordubadi); Boş söz niyə danışırsan? (Mir Cəlal).
Nə qədər buna mənasız xərc vururdular (Ə.Haqverdiyev); Burada işləmək, yaşamaq çox maraqlıdır.
Mənbə çayın başlanǧıcı, mənsəb isə onun başqa bir çaya və dənizə töküldüyü yerdir.
Sən məndən yaxşı bilirsən ki, cismani ölüm mənəvi ölümdən qat-qat yaxşıdır (F.Kərimzadə).
Müharibənin ən gərgin günlərində də o belə dözülməz mənəvi əzablar çəkməmişdi (C.Məmmədov); Fiziki işdən çoxdan ayrılmışdır (Ə.Vəliyev).
Yazılanlar çox olar, bunlara maddi və mənəvi cəhətdən kömək verilərsə, məqsəd əldə edilər (M.S.Ordubadi).
Tacir ancaq iki şey tanıya bilər: o da zərər, bir də mənfəət (M.S.Ordubadi).
Bəli, mənfi atəşə tutulmaqla da müsbət müdafiə və təsdiq oluna bilər (M.İbrahimov).
Yəni ancaq onun naqis cəhətlərini görmək, mənfiliyin təsvirinə aludəlik göstərmək (M.İbrahimov); Əsərin maraqlı və məzmunlu olması onun müsbətliyidir (F.Qasımzadə).
Pərşana rəzil və mənfur göründü (M.İbrahimov); Axı Rasim elə o zaman da gözəl idi (M.İbrahimov).
Onun mənfurluǧu rəzilliyindən irəli gəlir (“Ulduz”); Gözəllik ondur, doqquzu dondur (Ata. sözü).
Mərdanə qardaş qabaǧında yüz dəfə ölüb dirilsən, yenə azdır (Ə.Haqverdiyev); Yoldaşlar bunu gördükcə aralarındakı gizli məhəbbətin uzun sürməsini arzu edirdilər (M.İbrahimov).
Ömrün zinətidir, bil: Mərdanəlik, dəyanət (M.Rahim); Götürüb baxdıqca qorxaqlıǧımdan utanırdım (Mir Cəlal).
Mərdiməzarı axtarmaqla deyil, rast gəlməklədir (Ata. sözü); Təbiəti belədir, xeyirxahdır (M.İbrahimov).
Axı mərdimazarlıq yaxşı şey deyildir (C.Əmirov); – Nə olar, xeyirxahlıq pis şey deyil ki (M.İbrahimov).