Cavanşirin ordu başçısı Qartal, məǧlub olub geri çəkilir (M.Hüseyn); Dözə bilsən gərək: qalib gələ biləsən gərək; Sevincə də, dərdə də (R.Rza).
Qalibiyyəti də dadmışdı, məǧlubiyyəti də (F.Kərimzadə).
Tutaq ki, məşriqdən məǧribə qədər; Mənə xərac verdi bütün ölkələr; Nə olsun? Bədbəxtəm, bədbəxtəm, inan! (S.Vurǧun).
Onun imkanları geniş deyil, məhduddur.
Vaxtın məhdudluǧu onun əl-qolunu baǧladı. Burada R.Rza sərbəst şerinin imkan genişliyi ilə özünü bir daha büruzə verir.
Məhdudluq onun bütün arzularını puç etdi (Ə.Vəliyev); Onun duruşunda və görkəmində bir sərbəstlik vardı (M.İbrahimov).
Məhəbbət sonsuz, nifrət dərin (H.Hüseynzadə).
Doktor, sizə bir işim düşüb, ancaq məxfidir, gərək heç kəs bilməsin (C.Əmirov); Sənə açıq deyirəm, dalda bir cür, aşkarda başqa cür hərəkət edən adamlar məhəbbətin böyüklüyünü başa düşə bilməzlər (Ə.Vəliyev).
Kəsr xəttinin altındakı ədəd məxrəc, üstündəki ədəd surət adlanır.
Məkr onun gözlərində oynayır. Məhəbbət mənim gözlərimdə Çandranı xilqətin tacına çevirmişdi (M.İbrahimov).
H.Turabovun qəhrəmanı qüvvətli xarakterdir: məkrlidir, tədbirlidir, amansızdır. Onun məhəbbətli nəǧmələri dinləyiciləri nəşələndirirdi (“Azərbaycan”).
Birdən kişi yaşına uyǧun olmayan zil və məlahətli səslə oxudu (İ.Şıxlı); Misraların axır kəlmələrində cır səsini uzadıb ulayırdı (S.Qədirzadə).
Onun nəyə işarə vurduǧu məlum idi (S.Qədirzadə); Lakin sevgisi də adı kimi məchuldur (M.S.Ordubadi).
Feillərdə məlumluq məzmunu felin mənası ilə baǧlıdır. Yoxsa bu məchulluqdan nə çıxar? (İ.Şıxlı).
Məna sözün məzmunu, daxili cəhəti ilə, forma isə sözün zahiri ilə, səs tərkibi ilə əlaqələrdir (H.Həsənov).