Aǧacın budaǧı çox mafraqdır, tez sınacaqdır. Palıd uzunömürlü, bərk aǧacdır.
O da sənin kimi utancaq, maǧmunun biri idi (Mir Cəlal); Zirəkdir, gözüaçıqdır, işdən tez baş açandır (M.İbrahimov).
Gülpəri də öz işində mahirdir (Ə.Haqverdiyev); Lakin yenə də özü yeriməkdə aciz idi (M.İbrahimov).
İşə qarşı onda xüsusi bir mahirlik var. Sonra ürəyi yumşaldı, acizliyini büruzə verdi (M.İbrahimov).
Major, minor. Bəm, ya zil. Bunlardır, ən şad, ən ümidsiz nəǧmələrin anası (R.Rza).
İndi hər bir peşə sahibindən minimal yox, maksimal bilik tələb olunur (“Azərbaycan”).
Veteranlara maksimum qayǧı göstərilməlidir. Bu işin yerinə yetirilməsi üçün minimum vaxt verilir.
Malbaş uşaqdır. Başına heç nə girmir (“Ulduz”); O oǧlan yaşda səndən kiçikdir, amma qat-qat dərrakəlidir (S.Rəhimov).
Maraq dolu gözəm mən: baxmaya bilmərəm (R.Rza); Onu sevəcəyinizə şübhəm yoxdur (M.İbrahimov).
Dinləyirdim maraqlı söhbətini: qoca müəllimin (R.Rza); Mən and içirəm ki, boş sözdü (Mir Cəlal).
Əsər maraqsızdır, oxumaq olmur (“Azərbaycan”); Bu gün hər şey gözəl, hər şey mənalıdır, – dedi (M.İbrahimov).
Matəm içindədirlər gördülər hamı (M.Rahim); Bu kəndin əhalisi elə bil sevincdən yatmaq istəmirdi (S.Vəliyev).
O qara matəmli günləri unut (S.Rüstəm); Qonaq cənnətə düşmüş kimi, heyran və şad idi (Mir Cəlal).
– Görmürsən, maymaǧın biridir (M.İbrahimov); Yəqin, o şofer bacarıqlı adamdır, gözüaçıqdır (M.İbrahimov).
Maymaqlıqdan nə çıxar, gözüaçıqlıq lazımdır.