Mən tələb edirəm, möhtərəm hakim; Cəzasız qalmasın onun təhqiri (B.Vahabzadə); Məhkumu möhkəm sıxışdırdılar (“Ulduz”).
Xətib minbərdən yerə düşməmiş əhali hakimi və xətibi gözləməyərək məsciddən çıxdı (M.S.Ordubadi); Özünü darta-darta müttəhimlər kürsüsündə əyləşdi (C.Əmirov).
Biri haqqı müdafiə edir, digəri zülmü, Pəricahan, səni bu haqq yola dəvət edirəm (S.S.Axundov).
Büronun qərarı haqlıdır. Sizin təklifiniz çox ədalətsizdir (Ə.Vəliyev).
Aslan haqlıdır (S.Vəliyev); Günahkar düşdü qazamata, dalınca da on beş günahsızı sürüklədi (M.İbrahimov).
Haqsızlıq oldu qanun; Yıxıldı xanimanlar (Ə.Cavad); Xalqın qərarı daha ədalətli olar (M.Hüseyn).
Nə haqsızlıq, nə aclıq, nə istismar olacaq (S.Rüstəm); Məhkəmə hökmünün ədalətliliyi hamının ürəyindən idi.
– Belə nə üçün? Desin ya halaldır, ya haram (S.S.Axundov).
Mən hal-hazırdan danışıram (S.S.Axundov); Keçmişdən aldıǧım dərin duyǧular; Acı tərbiyələr ruhuma hakim (M.Müşfiq)
Hər yan əl içi kimi düz və hamardır (S.Sərxanlı); Sona kələ-kötür yollarda bir xeyli yüyürdü (S.Vəliyev).
Baş barmaǧı ilə basıb hamarladı (İ.Şıxlı); Yəni dəmiri qızǧın ikən yastıla (S.S.Axundov).
Mən bu sinnimdə hara gedib çıxaram (S.S.Axundov); Ora meyxanadır (S.S.Axundov).
Harın adamdır (“Ulduz”); Çox hörmətcil, başıaşaǧı adamdır (S.Qədirzadə).
Könlümdən keçəni duymadınsa da; Ömrümə, günümə havadar oldun (B.Vahabzadə); Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar da himayəsizlik nəticəsində yaradılmışdır (M.S.Ordubadi).
İnsan baxır havalanır (M.Müşfiq); Qulaməli fikirləşdi ki, yəqin arvad ağıllanıb, namusla yaşamağın mənasını başa düşüb (İ.Fərzəliyev).