Aǧa, biz kəndlilər erkən yatıb, erkən də durmaǧa adət etmişik (S.S.Axundov); Qız gec gəldi, həm də Əhmədin arzu etdiyi kimi o tək idi (Ə.Vəliyev)
Bakının gecəsi də gündüzü kimi işıqlıdır (Ə.Vəliyev).
Ziyana tələsdim, xeyli gecikdim; Bir də bu dünyaya gələcəyəmmi? (H.Hüseynzadə).
Onun gəlişinin gecliyi və ya tezliyi məsələnin həllinə təsir etmir (“Azərbaycan”).
Gülüm, gəlmişəm mən özüm qurban; Gəlişin gözəldir, gedişin yaman (B.Vahabzadə).
Hamısı yel gedişli, biri o birindən çapar (M.Rahim); Cəld gəlişli Əhməd birdən dayandı (“Azərbaycan”).
Dinmədim, dar etdilər başıma gen dünyanı (S.Rüstəm).
Birdən onun gözləri genəldi (S.Rəhimov); Getdikcə üfüqlər daralır, səhra öz şəklini itirirdi (M.İbrahimov).
Elmin meydanı geniş, mənzili uzaqdır (İ.Şıxlı); Üslubun ən yıǧcam forması şeirdir (“Azərbaycan”).
Mən genişlik xoşlayıram; Torpaǧımın yoxdur sonu (M.Rahim); Tellər azlıq edir, pərdələr darlıq; Mən indi bildim ki, nə çəkib Kərəm (H.Hüseynzadə).
Yaxşı əsər üçün genişlik yox, yıǧcamlıq, sanballılıq əsas şərtdir (“Azərbaycan”).
Lap gerçək deyirəm, belə şeylə də zarafat olar? (Ə.Vəliyev); Bütün rayon bilir ki, Sultan Əmirliyə yalan satmaq adama çox baha oturur (İ.Hüseynov).
Gerçəklik dedikdə artıq həyata keçmiş, baş tutmuş, realizə edilmiş imkan nəzərdə tutulur. İmkan hələ həyata keçməmiş, baş tutmamış gerçəklikdir (“Dialektik materializm”).
O, gerçəkliyi sevən adam idi. Kəndçilər etdilər dübarə hücum; Yenə oldu yalanlıǧı məlum (M.Ə.Sabir).
Divarlar çəkilmişdi geri, yenə irəli gəldilər (R.Rza).