O, qüvvətli və cəsur kişiyə oxşayırdı (C.Əmirov); Böyük bir cinayətə göndərilən qorxaq adamlar kimi əlim-ayaǧım əsirdi (S.Qədirzadə).
İftixar hissi onu cəsurlaşdırdı (“Ulduz”); Bilirəm, adam evləndikdə bir balaca qorxaqlaşır (M.Hüseyn).
Qardaşın cəsurluǧundan doǧan iftixar hissi Anatolinin qəlbini doldurdu (S.Vəliyev); Hər bir xəsis adamda olduǧu kimi, bunda da təbiət böyük qorxaqlıq yaratmışdı (S.S.Axundov).
Xanım ciddi və sevincli bir sima ilə Muxtarın qolundan dartdı və təkidlə dedi (Çəmənzəminli); Açıq və mülayim hava Kərəmin ürəyini oxşadı (M.İbrahimov).
Onlar ciddi müqavimət göstərirdilər (M.İbrahimov); Batmaq olarmı xana? O, top, tüfəng, tapança; Zarafatdır, ya nədir? (S.Vurǧun).
Aslanın sifəti ciddiləşdi, dərin fikrə getdi (S.Vəliyev); Sonra o bir qədər mülayimləşərək: Əziz, sən mənim yanıma xəstə gətirmisən, özün də şəfa istəyirsən, qoy biz də işimizi görək (A.Məmmədrza).
Əliqulu xan həmişə quru görünən sifətinə bir qədər də ciddilik artırırdı (A.Məmmədrza); O macal vermədi, mənim yumşaqlıǧımdan istifadə edib danışdı (Mir Cəlal).
Ancaq bu başdan bil ki, bizim arvad yaman cıǧaldır (S.Qədirzadə); Təbiət çox sakitdir (M.S.Ordubadi).
Mən də adi insanam; Nə başdan-başa tərif, nə də cılxa nöqsan (R.Rza); Suyumuz da qarışıqdır.
Cılız, arıq oǧlan idi Məhərrəm (M.Eynullayeva); Bilirəm siyasət güclüdür səndə (S.Vurǧun).
Başında cındır yaylıq, əynində cırıq köynək (S.Rüstəm); Təzə yaylıǧı ilə üzünün tərini sildi (“Azərbaycan”).
Samitlər səs tellərinin iştirakına görə cingiltili və kar olmaqla iki yerə bölünür.
Əvvəllər qız bu sözü eşidəndə cinlənərdi, onlardan heyfini alardı (S.Qədirzadə); Hirsi soyuyandan sonra sakitləşərdi.
Deyir otuz arşın təzə parça olsaydı, yorǧan-döşəyi düzəldərdim (Ə.Vəliyev); Erkək atın çulu cırıq gərək (Ata. sözü).
Bir döyüş və bir zəfər yarpaǧını cırıram (S.Rüstəm); Yer kürəmiz fəsil-fəsil; təzələyir döşəyini (R.Rza).