Kiçik bir xəta böyük bəlalar törədir (M.İbrahimov); Əfsus ki, yazıq Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi (S.S.Axundov).
O şair mədh edir min bir gülzarı; Bəlalı aşiǧi, sevdalı yarı (S.Vurǧun); Mənim tərifimdən, ey uǧurlu quş; Onun qəlbindəki tikanı qopar (S.Rüstəm).
Dadaş... sən dediyin adamların heç birinə mən bələd deyiləm (C.Məmmədquluzadə); Necə naşı baǧbanam ki; Bir çiçəyi mənim olmaz (M.Ələkbərli).
Döyüş işinə nəzəri cəhətdən o qədər bələdliyim yoxdur (Mir Cəlal); İndi, yoldaş, neçə il naşılıq eləyəcəksən? (Mir Cəlal).
Bələkli iki körpə baş-ayaq nənnidə yatırdı (M.İbrahimov); Uşaǧın qundaǧı açıq idi.
Sona sevə-sevə, oxşaya-oxşaya qızı Məryəmi bələyirdi (A.Şaiq); Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın (A.Səhhət).
Bu il rayonun, doǧrudan da bərəkətli illərindən biri idi (S.Rəhimov); Yararsız yerləri yararlılaşdırmaq lazımdır.
Sanki havadan un ələnirdi. Ancaq bu bərəkətsiz un yeri aǧartmırdı (Mir Cəlal); ...Usta zeynallar özlərini dünyada ən aǧıllı, işgüzar və yararlı adam hesab edirlər (M.İbrahimov).
Yaxşı deyil, bəri gəl! (M.Hüseyn); ...Bu gün uşaqları da götürüb ora gedək (Ə.Vəliyev).
Bərkdə də, boşda da sözü bir olub; Şərəfli, şöhrətli adlı babalar (H.Hüseynzadə).
Əgər bircə dəqiqə bərk külək əssə və ya bir təsadüf dolayısı ilə ayaǧı sürüşsə, fəhlə dənizə düşəcəkdir (M.Hüseyn); Qazmaların və çadırların ancaq bir neçəsindən çox zəif işıq gəlirdi (Ə.Sadıq).
Hə, bərkidi, bala, gedək budkaya... (G.Hüseynoǧlu); Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı (M.F.Axundzadə).
Üç-dörd ayda cəbhədə bir qat daha bərkidi (S.Rüstəm); Onadək də bəlkə əmim bir tövr yumşaldı (Ə.Haqverdiyev).
Mənim barmaqlarım kobudluqda, bərklikdə oymaqdan qalmaz (Ə.Əbülhəsən); Bəy, özü də boşluq eyləyibsən (Ə.Haqverdiyev).
İstehkamçı mühəndis deməkdir, yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız (Mir Cəlal); Bütün əməyim bərbad oldu.