Əski kənd gecədir, yeni
kənd gündür (S.Rüstəm).
Özündə bir əskiklik duyurdu (Mir Cəlal); Hər zaman özündəki artıqlıǧı başqalarına çatdırmaǧa can atırdı (“Azərbaycan”).
Yenilik əskiliyi udmaq üçün səfərbər (S.Rüstəm).
Ax, necə ətiacı arvadsan, – dedim, lakin birdən Yaqutu düşünüb səsimi yumşaldaraq ona yalvardım (Ə.Məmmədxanlı); Zahidin şirin söhbətləri, zahirən mülayim xasiyyəti mənim üçün ideal ola bilməz (Mir Cəlal).
Sifəti o qədər ətlənmişdi ki, göyəm çərdəyi boyda gözləri güclə görünürdü (A.Makulu); Lyuba arıqlamışdı (Y.Əzimzadə).
Onların əlləri yumru, ətlidir, barmaqları olduqca qısadır (M.S.Ordubadi); Atlaz paltar, qırmızı çəkmə geymiş bu arıq qızın qaşları mötərizə, burnu sual işarəsinə oxşayırdı (Mir Cəlal).
Axşam mütləq sizə gələrəm, ətraflı söhbət edərik (C.Əmirov);
Şən əhvalatı qısaca danışdım (Y.Əzimzadə).
İslana-islana xeyli dolandıq; Yolun nə əvvəli, nə sonu vardı
(H.Hüseynzadə).
Qəhrəman bəyin, əvvəla, pulu yoxdur (Ə.Haqverdiyev); Sonra aǧır-aǧır qalxıb, kölgəlikdə, göy otun üstündə dirsəkləndilər (Mir Cəlal).
Əvvəlcə Lyudmilanı yola salırıq, sonra isə bir az gəzirik (C.Əmirov).
Doǧrudur, bir neçə adam bilir ki, Yusif ilən sən əvvəlinci dəfə görüşməyirsən (N.Nərimanov); Başa salmadın məni ki, niyə bu axırıncı görüşümüzdür və nə səbəbdən ayrılmalıyıq (Anar).
Masa ətrafında dörd nəfər də əyilmişdi (H.Nəzərli); Bir sutka ayaq üstündə durdum (Mir Cəlal).
Əyildi, ovcunu qoşalayıb, suya saldı (M.Eynullayeva); Ev sahibi də qalxdı (Mir Cəlal).
Ona da bir qız nişanlarıq; əyləncəli bir toy məclisi qurarıq (H.Cavid); Evin havası cansıxıcıdır.
Əylən, bir qulaq as sözə (“Koroǧlu”); Qədir fürsət bilib yayındı, üzünü baǧlara tərəf tutub yavaşca, dala baxmadan gedirdi (Mir Cəlal).