Topuşun başı üçün lap əntiqə bir yumru oǧlan oldun (S.Rəhimov); Bəy olanda nə olar, başı batmış nə qədər də kifirdir (Mir Cəlal).
Arvad qab dəsmalı ilə gözlərini silib ərinin qabaǧında döyükə-döyükə qaldı (S.Rəhman).
Şişman məmur uzun bir sükutdan sonra ərincək halda aǧır-aǧır sözə başladı (M.Hüseyn); Çox çalışqan tələbədir.
Samovara su tökməyə, kömür salmaǧa ərindi (M.İbrahimov); Uzaqlardan kaǧızı gəlir, özü də sanitar işləyir. (Mir Cəlal).
Zahiri əsarətdən xilas olduǧumuz kimi, batini əsarətdən xilas olmalıyız (C.Məmmədquluzadə); Onda azadlıǧa, gün işıǧına həsrət qoyanlara qarşı qəzəb hissi coşurdu (Mir Cəlal).
Əsas suallar qaldı kənarda, yardımçı suallarla tələbəni yordu.
Maarif sahəsində mübahisə əsasən tədris ocaqlarına münasibətdə meydana çıxırdı (A.Şaiq); Qismən bizlə razılaşdı.
Belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir (S.Hüseyn); Onun gətirdiyi dəlillər tutarsız idi (“Jurnalist”).
Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi (M.S.Ordubadi); Vəkilin tutarlı dəlillərini; Eşidib az qalır qalxıb əl vura (B.Vahabzadə).
Mollayev qaraqabaq, zəhmli və əsəbi bir adamdı (M.Hüseyn); Hər yer, hər tərəf sakit və durǧun görünürdü (Mir Cəlal).
Cahandar aǧa yenidən əsəbiləşdi (İ.Şıxlı); Aralıq bir az sakitləşmişdi ki, mən şalı boynumdan açdım (Mir Cəlal).
Səlimin əsəbiliyi artır, narahatçılıǧı çoxalırdı (S.Rəhimov); Zeynəb yenə də sakitliyini pozmamış, “işində ol, belə boş sözlərə inanma” – deyə Gülsümə təskinlik vermişdi (İ.Şıxlı).
Lakin yenə təkrar edirəm, məncə, əsil qəhrəmanlıq yara baǧlamaqdadır, abad etməkdədir (H.Cavid); Onun qəhrəmanlıǧı yalançı qəhrəmanlıqdır.
Sonradan qövr eylər əski yaralar (S.Vurǧun); Təzə paltarı ona çox
yaraşırdı (M.Hüseyn).