Öcəşkən, dalaşqan uşaqdır (“Ulduz”); Sakit, aǧıllı adama oxşayır (S.Qədirzadə).
Bir ana şivəni, bir el qayǧusu; Bir el şairinin təmiz duyǧusu; Və onunla gedən bir öcəşmədir; Bir quru səhradan çıxan çeşmədir (M.Müşfiq); Axır ki, sakitləşdi (M.Hüseyn).
Dedim ögey atadan ata olmaz bunlara (M.Eynullayeva); – Sən mənim doǧma atamsan! (Ə.Vəliyev).
Ögeylik bəllidir başdan, binadan; Qatı düşmənidir ilk məhəbbətin (M.Rahim); Məhərrəm çoxdan eşitmədiyi bu səsdə bir doǧmalıq, bir nəvaziş axtarırdı (M.Eynullayeva).
Artıq kənd ayaǧındakı cərgə tonqallar öləziməkdə idi (S.Qədirzadə); Sönən ocaǧı bir az dəbərtdi (M.Süleymanlı).
Bizə yaşamaq da, ölmək də tanış; Bir az da başqa bir aləmdən danış! (S.Vurǧun).
Mən vaxtilə diri idim, indi isə bir ölü (C.Cabbarlı).
Qurban saǧdır, amma canı nasazdır (Ə.Haqverdiyev); Barı ölü barmaqları kimi; O quru budaqlardan utan! (R.Rza).
Min günün ölülüyündən, bir günün diriliyi yaxşıdır (Ata. sözü).
Ölüvay oǧlu, ölüvay, dur bir sən də hərəkətə gəl (“Azərbaycan”); Çox bacarıqlı qızdır (C.Əmirov).
Zalım balası çox ölüvaydır (İ.Fərzəliyev); Vəfadar qoçaqdı, güclü idi, cəld və zirəkdi (M.İbrahimov).
Sənin ölüvaylıǧın ucundan bu günə qalmışıq. Bir
qıvraqlıq yoxdur (Mir Cəlal).
Ömürlük bir eşqin yolçusuyuq biz! (S.Vurǧun);
Müvəqqəti çətinlikdir, dözmək lazımdır.
Qoy əssin önümüzdə yaǧılar yarpaq kimi (S.Rüstəm); Bu vaxt düşmən arxama keçib məni gördü (S.S.Axundov).
Elə xırman yerlərini də çayır örtmüşdü (İ.Şıxlı); Anam açardı o kitabı, kədərlənəndə (R.Rza).