Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDURRƏŞİD ərəb.

mürəkkəb adların tərkibində işlənən Abdul Rəşid sözlərinin birləşməsindən (əslində abd ər-Rəşid) əmələ gəlmiş şəxs adıdır.

Abdurrəşid (bax: ad – ABDUL; RƏŞİD) kişi adı daim bəndələrinə doğru yol göstərə bilənin (Allahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdulrəşid, Abdurəşid formaları da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDURRƏZZAQ ərəb.

 mürəkkəb adların tərkibində işlənən Abdul Rəzzaq adlarının birləşməsindən (əslində abd ər-Rəzzaq) əmələ gəlmiş şəxs adıdır.

Abdurrəzzaq (bax: ad – ABDUL; RƏZZAQ) kişi adı ruzi verənin (Al- lahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdulrəzzaq, Abdurəzzaq formaları da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDULSALAM ərəb.

mürəkkəb adların tərkibində işlənən Abdul Salam adlarının birləşməsindən (əslində abd əs-Səlam) əmələ gəlmiş şəxs adıdır.

Abdulsalam (bax: ad – ABDUL; SALAM) kişi adı yaratdıqlarını salamat edənin (Allahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdusalam forması sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDULVARİS ərəb.

mürəkkəb adların tərkibində işlənən Abdul Varis adlarının birləşməsindən (əslində abd əl-Varis) əmələ gəlmiş şəxs adıdır.

Abdulvaris (bax: ad – ABDUL; VARİS) kişi adı hər şeyə varis olanın (Allahın) qulu anlamını ifadə edir. Adın təhrif olunmuş Abdulvariz forması sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti