emil sözü dilimizə tərcümədə çalışqan, qeyrətli, həmçinin qətiyyətli mənalarındadır.
Emil (Emile) şəxs adı (əslində Aemilius) Roma tayfasının adındandır. Dünyanın bir çox xalqlarının şəxs adları siyahılarında Emil adına rast gəlinir. Rus dilində Yemilian, Yemelyan, ingilis dilində Emil, fransız dilində Emilien, Emiliano, ispan dilində Emilio, portuqal dilində Emiliani, rumın, macar, polyak dillərində Emilian, bolqar dilində Emiliyan və s. Emil dilimizə rus dili vasitəsilə keçmiş kişi adlarındandır. Azərbaycanda 1940-cı illərə qədər Emil adına rast gəlinməsə də, müəyyən tarixi kitabların, filmlərin, dram əsərlərinin təsiri ilə Emil şəxs adı 50-ci illərdən sonra məişətimizə daxil olmuşdur. Emil bu gün də məişətimizdə geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb sözlərin tərkibində işlənən er (ar) sözü ilə kin sözünün birləşməsindən yaranmışdır. Məlum olduğu kimi, Erkin şəxs adındakı kin komponenti qədim türk dillərində igid, qəhrəman, azadlıqsevər, sərbəst, bütün hallarda istədiyi kimi davranan anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında qədim şəxs adlarından olan Erkin kişi adı bütün hal və vəziyyətlərdə sərbəst, istədiyi kimi hərəkət edən şəxs mənasını ifadə edir. Erkin adına erkən dövrlərə aid Orxon-Yenisey abidələrində rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətieston sözündəndir.
Bu gün Eston Azərbaycanda çox nadir hallarda rast gəlinən adlardan olsa da, mövcuddur. Məlum olduğu kimi, eston Baltikyanı ölkələrdən birində – Estoniyada yaşayan xalqın adındandır. Eston dili Estoniyanın dövlət dilidir, finuqor dillərinin fin qrupuna daxil olan dillərdən birinin adıdır, həmçinin bu dildə danışan adamın adıdır. Bir sözlə, eston Estoniya Respublikasında yaşayan xalqların dilimizdəki adı olub, yerli finuqor dillərində su kənarında yaşayanlar mənasındadır. Azərbaycan antroponimikasında mövcud Ərəb, Acar, Özbək, Alman və s. adlar kimi, Eston da xalq adından yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiEşqim kişi adı eşq sözünün mənsubiyyət şəkilçisi ilə (I şəxs. tək) işlənməsi yolu ilə yaranmışdır, sevdiyim, sevgilim mənasındadır. Ərəb dilindən alınma eşq sözü türk dillərinin hamısında müxtəlif biçimlərdə işlənməkdədir. Türkiyə türklərində eşq aşk kimi işlənir. Müvafiq olaraq Eşqim adı da Aşkım şəklindədir. Eşq sözü dilimizdə sevgi, məhəbbət, sevda, meyil etmək, böyük istək hissi, sonsuz bağlılıq anlamlarını ifadə edir. Bu gün məişətimizdə həm Eşqim, həm də adın Eşqin variantina kifayət qədər rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətietibar sözü dilimizdə bir şneçə məna ifadə edir: 1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, etimad, əmniyyət, həmçinin bunlara əsasən qurulan münasibət; 2. Hörmət, nüfuz, əhəmiyyət, nəzərə alma, sayma, inanma, vəkalət; 3. Adsan, şərəf. Etibar kişi adı bir şəxsin sədaqətinə əsasən qazanmış olduğu inam, etimad mənalarını ifadə edir.
Azərbaycan antroponimikasına, əsasən, XX əsrin otuzuncu illərindən daxil olmuş Etibar məişətimizdə müştərək şəxs adları sırasındadır. Adın təhrif olunmuş forması Ehtibar da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətietiqad sözündəndir. Etiqad kişi adı Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar adlardan hesab edilir. Ərəb dilindən dilimizə tərcümədə bir şeyə qəlbən və möhkəm inanma, inam, ürəkdən təsdiq etmək mənasındadır. Etiqad kişi adı bir din və məzhəbə inanma, (dinə) inam, iman gətirmə, həddən artıq bağlanma (dinə), möhkəm inam (dinə) anlamlarını da ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətietimad sözündən olub, Azərbaycan dilində etibar, inam, inanma, nüfuz anlamlarını ifadə edir. Etimad kişi adı inam göstərilən, etibar edilən mənasını ifadə edir. XX əsrdə məişətimizdə geniş yayılmış Etimad adı əsrin sonlarına yaxın müşahidəediləcək dərəcədə azalmış şəxs adları sırasındadır. Orta və yaşlı nəsil arasında Etimad adına hələ də rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətieymur sözündən olub, şəfəq, başlangıc, həmçinin son dərəcə yaxşı olmaq mənasındadır. Etnonim əsasında yaranan kişi adlarındandır. Eymur şəxs adı Eymur tayfasının adı ilə əlaqələndirilir.
Eymur sözünün etnonim olması barədə məlumatlara hələ Mahmud Kaşğarinin “Divanü-Lüğət ət-Türk” lüğətində rast gəlinir. Müəllif göstərir ki, Eymurlar oğuz tayfalarının iyirmi iki nəslindən biridir. Eymur sözü etnonim olaraq F.Rəşidəddinin “Oğuznamə”sində böyük ordusu və əsgəri olan mənasında izah olunmuşdur. Tarixdən o da məlumdur ki, XII əsrdə Səlcuq yürüşlərində fəal iştirak etmiş Eymurlar/Emirlər/İmirlər tayfası Səfəvilər dövlətinin ictimai və siyasi həyatında da müəyyən rol oynamışdır. Eymur Azərbaycan antroponimikasında apelyativi arxaikləşmiş kişi adlarındandır. Qeyd etmək lazımdır ki, Azərbaycanda, eləcə də qədim dövrlərdən türklərin yaşayış məskənlərində Eymur toponimi də geniş yayılmışdır. Ağdaş rayonunda da Eymur kəndi var. Bəzi mənbələrdə Eymur ayrım toponimlərindən hesab edilir. Gədəbəy rayonunda yaşayan eymurların/ emirlərin/imirlərin adı ilə bağlı Emir çayı, həmçinin Emir kəndi də mövcuddur. Eymur adını Qərbi Azərbaycan ərazisində (İrəvan yaxınlığında) üç kəndin daşıması həmin ərazilərin də türklərin qədim yaşayış məskənlərindən olması ilə bağlı mülahizələri bir daha təsdiq edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətieynal sözü dilimizdə nəslin gözü, dədə-babanın əzizi, eynilə əslinə çəkən, əslinə-kökünə çəkən mənasındadır.
Mənbələrdə Səlcuq İbrahim İnalın adı ilə əlaqələndirilərək XII-XIII əsrlərdə Kiçik Asiyada mövcud olmuş İnallı tayfasının adından olduğu haqqında məlumatlara rast gəlinir. İnal etnoniminin təhrif edilmiş forması hesab edilir. Eynalı həm də Ağstafa rayonunun Köçəsgər ərazisində kənd adıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətieynali sözündəndir. Eynəli kişi adı eyni ilə Əli kimi olan, Əlinin gözü, yaxşı görən göz, Əli xasiyyətli, Əli təbiətində olan, Əli əsilli, Əli nəslindən, zatından olan anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Eynalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətieynüllah (əslində ayn üllah) sözündəndir. Əslində Eynullah (bax: ÜLLAH) olan kişi adı Allahın, Tanrının əzizi, əziz məxluqu, Allahın, Tanrının gözü, Tanrının çeşməsi mənasındadır.
Adın təhrif olunmuş forması Eynulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Eynullah adı bu gün yalnız Eynulla formasında mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti