mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Sattar adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağasəttər (bax: ad – AĞA; SƏTTƏR) kişi adı uca Tanrı, uca Yaradan mənasındadır. Adın təhrif olunmuş forması Ağasəttar da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad Ağasəttar formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb tərkibində işlənən arxaikləşmiş ağa tituluna -sı şəkilçisinin (III şəxs məns.) qoşulması ilə əmələ gəlmiş şəxs adıdır.
Ağası sözü kiminsə sahibi, ağası anlamına gəlir. Əslində Ağası adının sözün mənası ilə əlaqəsi yoxdur. Nəzərə almalıyıq ki, ağa sözündəki sonluq xalq arasında əzizləmə, oxşama mənasında babası, balası, nanasi, xalası və s. sözlərdə işlənən sı4 şəkilçisidir. Ehtimal ki, erkən dövrlərdə, hələ yaş kağızı tətbiq edilməyən zamanlarda kimə isə hər hansı bir münasibətlə ağası deyə müraciət edilmiş, çağırılmış, sonradan Ağası müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün Ağası Azərbaycan antroponimikasında artıq köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa və ərəb. Sultan titullarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağa (bax: ad – AĞA; SULTAN) kişi adı rəhbərlərin, başçıların, sultanların, idarə edənlərin ən üstün olanı anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Ağasoltan sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb mənş.Süleyman adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağasüleyman (bax: ad – AĞA; SÜLEYMAN) kişi adı Süleyman Peyğəmbərlə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAğa... ilə başlanan kişi adlarının əzizləmə və oxşama şəklindən formalaşmış addır.
Azərbaycan antroponimikasında -ç sonluğunun əlavə edilməsi ilə formalaşmış kifayət qədər qadın və kişi adı mövcuddur. Məsələn, Ataş, Balaş, Nənəş və s. Ağaş adı da, ehtimal ki, bu yolla yaranmışdır. Sonradan məişətimizdə geniş yayılmışdır. Addan soyad da formalaşmışdır. Bu gün məişətimizdə Ağaş şəxs adı da, Ağaşov soyadı da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və fars. çirin (bax: ad – ŞİRİN) adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağaşirin (bax: ad – AĞA; ŞİRİN) kişi adı ən əziz, istəkli olan anlamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ağaşirin bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və Verdi adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağaverdi (bax: ad – AĞA; VERDİ) kişi adı hərfi mənada hər şeyə qadir olan ağanın (Tanrının) verdiyi, bəxş etdiyi kimi anlaşıla bilər. Qədim adlardan hesab edilir. Ağaverdi şəxs adında vermək, bəxş etmək hər şeyə qadir olan Tanrıya, müqəddəslərə, ziyarətgahlara, pirlərə, ocaqlara aid edilir. Gecə-gündüz dua edib, nəzir-niyaz verib övladı olanlar bunu Yaradanın adı ilə bağlayırdılar. Bu səbəbdən də Tanrının verdiyi pay, bəxşiş kimi dəyərləndirərək, övlada da uyğun ad vermişlər. Azərbaycan antroponimikasında Yaradanın, Allahın bəxş etdiyi övlad mənasında kifayət qədər şəxs adları mövcuddur. Ağaverdi adı da bu qəbildən olan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti