fars. mürəkkəb adların tərkibində işlənən zar sözü və Əfçan adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Zərəfşan (bax: ad – ZƏR; ƏFŞAN) qadın adı qızıl saçan, qızıl səpən mənasındadır.
Adın təhrif olunmuş Zərəvşan forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən zar sözü və azərb. Xatun adının birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Zərxatun (bax: ad – ZƏR; XATUN) qadın adı qızıl kimi dəyərli hökmdar xanım mənasındadır. Adın təhrif olunmuş forması Zərxatın da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. zarif sözü dilimizdə incə, nazik, həmçinin zəif, arıq, cansız mənalarını ifadə edir.
Zərif adının sonuna -a şəkilçisi əlavə edilməklə Zərifə variantı da yaradılmışdır. Bu gün ad, əsasən, Zərifə şəklindədir. XX əsrdə Zərifə məişətimizdə geniş yayılmış şəxs adları sırasında olsa da, əsrin sonlarına yaxın müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcıları arasında milli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva (1923-1985) da olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyeva göz xəstəlikləri sahəsində tanınmış mütəxəssis idi.
Azərbaycan şəxs adlarının izahlı lüğəti