Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ZƏRİF

ərəb. zarif sözü dilimizdə incə, nazik, həmçinin zəif, arıq, cansız mənalarını ifadə edir.

Zərif adının sonuna -a şəkilçisi əlavə edilməklə Zərifə variantı da yaradılmışdır. Bu gün ad, əsasən, Zərifə şəklindədir. XX əsrdə Zərifə məişətimizdə geniş yayılmış şəxs adları sırasında olsa da, əsrin sonlarına yaxın müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcıları arasında milli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva (1923-1985) da olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyeva göz xəstəlikləri sahəsində tanınmış mütəxəssis idi.

Azərbaycan şəxs adlarının izahlı lüğəti