Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

TURAN

azərb. turan sözündən olub, türklərin eli, türklərin vətəni, türklərin yaşadığı yer mənasındadır.

Turan qədim iranlılar tərəfindən Türküstan və Tatarıstana verilən addır. Bu yerdə erkən dövrlərdən türk qəbilələri məskunlaşdığı üçün Turan (yəni türklər, yaxud türk eli) adlandırılmışdır. Qədimdə Orta Asiyada türklərin yaşadığı yerin adı da Turan olmuşdur. Turan sözünə erkən dövrlərə aid Orxon-Yenisey abidələrində rast gəlinir. Məlum olduğu kimi, Turan toponimik vahidi tur teonimi əsasında yaranmışdır. Bu söz müasir ədəbi dilimizdə ümumi leksik vahid kimi işlənmir. Yeri glmişkən qeyd etmək lazımdır ki, Tur həm də Sina yarımadasında Ərəbistan yarımadası ilə Misir arasında yerləşən dağın adıdır. Dini əfsanələrə görə, Tanrı Musa Peyğəmbərlə ilk dəfə danışıq yeri olaraq həmin dağı uyğun görmüşdür. Azərbaycan onomastik vahidlər sistemində Turan yalnız şəxs adı olaraq mövcuddur, türk xalqlarının onomastik vahidlər sistemində təkcə şəxs adı kimi deyil, həm də toponim kimi işlənməkdədir. Məsələn, Tuvada Turan çayı (Uyuk-Turan) və Turan şəhəri, türklərin şərq qolu ilə bağlı arealda Toran, Toranqul, Tura və s. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Turan bu gün məişətimizdə geniş yayılmışdır. Adın sonuna -a sonluğu artırmaqla Turanə variantı da yaranmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti