ərəb. samira sözü müsahib, həmsöhbət, dost anlamlarındadır.
Bu gün Azərbaycanda adın daşıyıcılarına nadir hallarda rast gəlmək olar. Səmirə qadın adı görkəmli yazıçı Mehdi Hüseynin (1909–1965) “Yeraltı çaylar dənizə axır” romanında əsas surətlərin birinin adıdır. Məişətimizə Səmirə adının daxil olması da romanla əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. samra sözündəndir. Səmra qadın adı qarayağız, qarabuğdayı (qadın, qız) mənasını ifadə edir.
Ərəb dünyasında geniş yayılmış qadın adlarından olan Səmra türk antroponimik vahidlər sistemində mövcuddur. Bu gün Türkiyədə dəbdə olan qadın adları sırasında olan Səmra adı məişətimizə XX əsrin sonu, XXI əsrin əvvəllərində daxil olmuş şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sanam (əslində sanam) sözündən olub, büt, pərəstiş edilən mənasındadır.
İslama qədər ərəblərin pərəstiş etdikləri bütlərdən birinin adındandır. İslam qəbul edildikdən sonra yalnız klassik poeziyada gözəlin epiteti kimi işlənmişdir. Klassik ədəbiyyatda ən çox rast gəlinən söz və ifadələr sırasında olan sənəm gözələ, dilbərə işarədir. Sənəm qadın adı da gözəlin epiteti ilə əlaqədar olub, dilbər, çox gözəl, incə, nazəndə xanım mənalarındadır. Azərbaycan antroponimikasında tərkibində Sənəm adının komponent olaraq iştirak etdiyi kifayət qədər mürəkkəb qadın adı mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sanubar sözündəndir. Sənubər şam, küknar ağacının adıdır.
Məcazi mənada klassik ədəbiyyatda tez-tez rast gəlinir, düz qamətli, ucaboy sənubərə bənzədilir. Sənubər qadın adı sözün məcazi mənası ilə əlaqədar olub, qamətli, boy-buxunlu mənasını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti