azərb. sarı sözündəndir (bax: ad – SARI). Məlum olduğu kimi, Azərbaycan antroponimikasında -ş sonluğunun əlavə edilməsi ilə formalaşmış kifayət qədər qadın və kişi adı mövcuddur. Məsələn, Alış, Ataş, Nənəş və s. Sarış qadın adı da, ehtimal ki, bu yolla yaranmışdır. Sonradan müstəqil qadın adı kimi rəsmiləşmiş, məişətimizdə geniş yayılmışdır. Bu gün dəbdən düşmüş qadın adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. saya sözündəndir. Dilimizə tərcümədə qoruma, hifz etmə, mühafizə, eləcə də kölgə, yardım, səbəb (hər üç söz himaya mənasındadır) və s. yaxın mənaları ifadə edir.
Sayalı (bax: – LI4 qadın adındakı -lı şəkilçisi dilimizdə məhsuldar şəkilçilərdəndir. Məlum olduğu kimi, dilimizdə alınma sözlərin, xüsusilə də ərəb və fars sözlərinin müəyyən qismi düşdüyü yeni mühitdə, Azərbaycan sözlərinin və bu sözlərə aid fonetik qaydaların təsiri altında öz xüsusiyyətlərini itirərək, dilimizin sözlərindən seçilməyən bir şəklə düşmüşdür. Bununla belə, həm fars, həm də ərəb dillərindən gələn sözlər məxsus olduqları dillərdə mövcud fonetik xüsusiyyətləri də müəyyən dərəcədə qoruyub saxlamağa müvəffəq olmuşdur. Dilimizdə mövcud alınma sözlərdən bir hissəsi bu gün, məlum olduğu kimi, öz əvvəlki mənasından qismən ayrılaraq məcazi mənada işlənir. Müasir Azərbaycan dilində fars mənşəli Sayalı sözü də bu qəbildən olan alınma sözlərə aiddir. Uzun müddətdir ki, sayalı sözü dilimizdə yalnız məcazi mənada işlənərək düşərli, yüngül qədəmi, uğurlu, düşərli ayağı olan mənalarını ifadə edir. Artıq müasir Azərbaycan dilində ümumişlək sözlər sırasında olmayan, bu gün, əsasən, dialektlərdə yaşayan sayalı sözü də, sayalı, uğurlu olmaq; ayağı, ali sayalı olsun və s. kimi ümumişlək ifadələrin tərkibində mövcuddur. Qeyd etmək lazımdır ki, dilimizin şəxs adları sistemində mövcud Sayalı qadın adı sözün ifadə etdiyi mənasına görə, Azərbaycan antroponimikasında alqış məzmunlu şəxs adlarındandır. Ailədə yaxınları, əzizləri, valideynlər dünyaya göz açmış qız övlada Sayalı adını verməklə ayağı sayalı olsun, xoş qədəmli olsun, yəni ailəyə düşərli olsun kimi arzularını ifadə edirlər. Adın təhrif olunmuş forması Səyalı da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sehr sözündən olub, insanlara və təbiətə təsir etmək gücündə olan ecazkar qüvvə anlamındadır.
Sözün insanı heyran edən hünər, məharət, qüvvə kimi məcazi mənaları da vardır. Sehri qadın adı da sözün məcazi mənası ilə əlaqədardır. Adın təhrif olunmuş forması Sehrin də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sel sözü müasir Azərbaycan dilində güclü su daşqını, su axını, həmçinin izdiham mənalarını ifadə edir.
Türk dillərində sel sözünün bir yerdən axan, çıxan mənaları da məlumdur. Məsələn, bir yerdən axan hava, su, işıq, qaz kütləsi və s. Qeyd etmək lazımdır ki, dilimizin şəxs adları sistemində mövcud bir sıra mürəkkəb şəxs adlarının tərkibində komponent olaraq yer almış “sel” sözünün yalnız güclü axın kimi yozulması elə də inandırıcı görünmür. Araşdırmalarda şəxs adlarının tərkibində mövcud “sel” komponenti həm də türk dilinin ən nadir sözdüzəldici şəkilçilərindən biri kimi də qeyd edilmişdir. Məsələn, qumsal sözündəki -sal şəkilçisi kimi. Bu gün müqayisə, bənzətmə mənası yaradan bu şəkilçi türk dillərində bəlkə də bir sözdə təzahür edir. Nümunə olaraq bu gün məişətimizdə geniş yayılmış, dəbdə olan Aysel qadın adına nəzər salaq. Bu gün dəbdə olan Aysel qadın adının lüğətlərin bir çoxunda Ay və sel sözləri ilə əlaqələndirilməsi, Ay işığının seli kimi izah edilməsi ilə əlaqədar fikirlərlə həmrəyik. Lakin adın tərkibində mövcud sel sözdüzəldici şəkilçi kimi götürülərsə, Aysel Ay təkin, Ay kimi parlaq, işıqlı anlamına gəlir. Bu fikirləri də kənarlaşdırmaq olmaz. Çünki dilimizin şəxs adları sistemində Aya bənzərliklə, Ay kimi parlaq olmaqla əlaqədar şəxs adları da mövcuddur. Beləliklə, şəxs adlarının tərkibində mövcud sel komponenti bir sıra şəxs adlarında güclü axını mənasını ifadə etsə də, bir sıra şəxs adlarında türk dilinin müqayisə, bənzətmə mənası yaradan ən nadir sözdüzəldici şəkilçilərindən biridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sel və fars. mürəkkəb adların tərkibində işlənən can sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Selcan (bax: – SEL; CAN) qadın adı sel ruhlu, coşqun, sel kimi qarşıdan keçib gedən gözəl xanım anlamındadır. Türk məişətində mövcud qədim şəxs adlarındandır. Məlum olduğu kimi, hələ erkən dövrlərə aid “Kitabi-Dədə Qorqud” dastanlarında – “Qanlı Qoca oğlı Qanturalı boyu”nda Selcan adına rast gəlirik. Dastanda Selcan əsas qəhrəmanlarından birinin, Trabzon təkurunun qızı, Qanturalının nişanlısı, geydiyi paltarın rənginə görə “sarı donlu” adlandırılan, yeri gələndə sevgilisini xilas etmək üçün döyüşə girən Selcan xatunun adıdır. Türk dünyasında bu gün də geniş yayılmış qadın adıdır. Məişətimizə XX əsrin 90-cı illərindən daxil olmuş Selcan qadın adı bu gün də dəbdə olan şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sevda (əslində sauda) sözündən olub, sevgi, eşq, hiss edilən şiddətli arzu anlamlarını ifadə edir.
Ərəblərdə Sevda İslamaqədərki qadın adları sırasındadır. Məişətimizdə orta əsrlərdə də mövcud olmuş Sevda adının XX əsrdən etibarən məişətimizdə yenidən populyar olması, əminliklə demək olar ki, H.Cavidin “Xəyyam” dramındakı qəhrəmanın adı ilə bağlıdır. Artıq unudulmaqda olan ad əsərdə əsas surətlərdən birinin adı kimi işlədilmiş, bu da Sevda adının yenidən məişətimizdə yayılmasına, populyarlaşmasına səbəb olmuşdur. XX əsrdə olduğu kimi, bu gün də Sevda məişətimizdə geniş yayılmış qadın adları sırasındadır. Azərbaycan şəxs adları sistemində tərkibində adın işləndiyi mürəkkəb qadın adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti