türk. sulduz sözündəndir. Sulduz cığataylarda tayfa adındandır. Tarixdən məlum olduğu kimi, Sulduz eli (ulusu) XIII yüzillikdə Çingiz xanın fatehliyi dövründə Monqolustandan Azərbaycana, İrana, Kiçik Asiyaya gəlmişdir.
Mənbələrdə Azərbaycanda iqtidarda olmuş Çobanilərin də Sulduz elindən olması barədə məlumatlara rast gəlinir. Cənubi Azərbaycanda şəhər adıdır. Lüğətlərdə qədim zamanlarda Merkuri planetinin adı kimi də izahına rast gəlinir. Azərbaycan şəxs adları sistemində həm müştərək şəxs adı, həm də təxəllüs kimi mövcud olan adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sultan sözündəndir. Sultan padşah, hökmdar, hakim, dövlət başçısı, imperator, qüdrət, qüvvət mənasındadır.
Osmanlı imperatorluğu dövründə dövlət başçılarının anasına, bacılarına da Sultan adı verilirdi. Azərbaycanda dilimizin ahəng qanununa uyğun Soltan kimi tələffüz edilmiş, sonradan Soltan da müstəqil ad kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında həm müştərək adlar, həm də titullardan yaranmış adlar sırasında olan Soltan/Sultan həm də kifayət qədər mürəkkəb adın tərkibində işlənir. Keçmiş Sovet İttifaqının tərkibində mövcud türk xalqları arasında geniş yayılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mürəkkəb adların tərkibində işlənən Sultan və azərb. Xanım adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İki tituldan, mənaca daralmış iki sinonim sözdən formalaşmış Soltanxanım (bax: ad – SULTAN; XANIM) qadın adı Sultan xanım mənasındadır.
Adın təhrif olunmuş forması Soltanxanım da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mürəkkəb adların tərkibində işlənən Sultan və Nisa adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Soltannisə (bax: ad – SULTAN; NİSƏ) qadın adı hökmdar qadınlar mənasındadır. Adın təhrif olunmuş forması Soltannisə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sura sözündən olub, dilimizə tərcümədə dərəcə, yüksək rütbə, şərəf, gözəl bina anlamlarına gəlir.
Bir termin olaraq surə müqəddəs kitab “Quran”ın ən azı üç ayədən meydana gələn bölmələrindən, yaxud bölündüyü 114 fəsildən hər birinin adıdır. İslam dininə görə, bunlardan 86 surə (“Ey insanlar”, deyə başlayan surələr) Məkkədə Hicrətdən öncə, 28 surə (“Ey iman gətirənlər”, deyə başlayan surələr) isə Hicrətdən sonra Mədinədə nazil olmuşdur. XX əsrdə məişətimizdə geniş yayılmış adlardan olan Surə bu gün müşahidəediləcək dərəcədə azalmaqdadır. Adın dilimizin ahəng qanununa uyğun Sura forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında müstəqil Sura adı ilə yanaşı, tərkibində adın iştirak etdiyi mürəkkəb qadın adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. Sura və azərb. mürəkkəb adların tərkibində işlənən Xanım adlarının birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Surəxanım (bax: ad – SURƏ; XANIM) qadın adı Surə xanım mənasındadır. Adın təhrif olunmuş Suraxanım forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti