yunan. neos sözündəndir. Nelli qadın adı dilimizdə təzə, tər, yeni, gənc, cavan anlamlarını ifadə edir.
XX əsrin iyirminci illərindən sonra Azərbaycan antroponimikasına rus dili vasitəsilə daxil olmuş qadın adları sırasındadır. Adın Nelya forması da sonradan müstəqil ad kimi formalaşmışdır. Azərbaycanda orta və yaşlı nəslin nümayəndələri arasında bu adı daşıyan kifayət qədər qadına rast gəlmək olar. Cənubi Qafqaz respublikalarının hər üçündə mövcud olan adlar sırasındadır. Bu gün əminliklə demək olar ki, azərbaycanlı ailələrdə artıq dünyaya gələn qız övladlara Nelli/Nelya adı verilmir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. nemat sözü dilimizdə yaşamaq üçün əhəmiyyət kəsb edən şeylərin məcmusu, sərvət, dövlət anlamlarını ifadə edir.
Ailələrdə övad dünyaya gələrkən sevinən valideynlər, yaxınlar bundan sonra onların həyatında yaşamaq üçün əhəmiyyət kəsb edən ən mühüm varlığa övlada Nemət adını verir. Nemət adı Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Yəqin ki, buna da dünyaya göz açanın oğlan və ya qız olduğundan asılı olmayaraq əzizləri tərəfindən Tanrının neməti kimi qəbul edilməsi səbəb olmuşdur. Azərbaycan dilində nemət sözü ilə bağlı külli miqdarda ümumişlək ifadələr, atalar sözləri, idiomlar məlumdur. Lakin nemət sözü dilimizdə ümumişləkliyini itirmiş sözlər sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. nacib sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Əsilli, əsli-nəcabəti olan, nəcabətli, soylu, yaxşı nəsildən olan, köklü (adam); 2. Ürəyitəmiz, yaxşı, alicənab (adam); 3. Təmiz, pak, müqəddəs; 4. Incə, zərif, qəşəng, xoşagəlimli.
Nəcibə qadın adı belə gözəl mənalarla əlaqədar olan, alicənab, pak, yaxşı, xoşagəlimli anlamlarını ifadə edən Nəcib kişi adından (bax: ad – NƏCİB) ənənəvi yolla yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. nana sözü atanın, yaxud ananın anasıdır, bəzi bölgələrdə anaya da deyilir.
Yaşlı qadınlara da hörmət məqsədilə nənə deyə müraciət edilir. Azərbaycan antroponimikasında qohuməqrəbalıq adları sırasında olan Nənə adı bu gün artıq müstəqil qadın adı olaraq qız övladlara verilmir. Lakin dilimizdə tərkibində Nənə qadın adının iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adı vardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. nana sözündəndir (bax: ad – NƏNƏ). Məlum olduğu kimi, Azərbaycan antroponimikasında -ç sonluğunun əlavə edilməsi ilə formalaşmış kifayət qədər qadın və kişi adı mövcuddur. Məsələn, Alış, Ataş, Anaşş və s. Nənəş qadın adı da, ehtimal ki, bu yolla yaranmışdır. Sonradan müstəqil qadın adı kimi rəsmiləşmiş, məişətimizdə geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti