Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NELLİ

yunan. neos sözündəndir. Nelli qadın adı dilimizdə təzə, tər, yeni, gənc, cavan anlamlarını ifadə edir.

XX əsrin iyirminci illərindən sonra Azərbaycan antroponimikasına rus dili vasitəsilə daxil olmuş qadın adları sırasındadır. Adın Nelya forması da sonradan müstəqil ad kimi formalaşmışdır. Azərbaycanda orta və yaşlı nəslin nümayəndələri arasında bu adı daşıyan kifayət qədər qadına rast gəlmək olar. Cənubi Qafqaz respublikalarının hər üçündə mövcud olan adlar sırasındadır. Bu gün əminliklə demək olar ki, azərbaycanlı ailələrdə artıq dünyaya gələn qız övladlara Nelli/Nelya adı verilmir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti