ərəb. malik sözündən olub, dilimizdə hökmdar, padşah arvadı anlamlarını ifadə edir.
Məlikə qadın adı Məlik kişi adından (bax: ad – MƏLİK) ənənəvi yolla yaranmış qadın adıdır. Azərbaycan şəxs adları sistemində titullardan formalaşmış qadın adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk. maltam sözündəndir. Məltəm qadın adı Türkiyə türklərində geniş yayılmışdır. Azərbaycan antroponimikasına XX əsrin sonlarından daxil olan qadın adlarındandır. Bu gün məişətimizdə geniş yayılmış qadın adları sırasında olan Məltəm xəfif, sahil küləyi anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mamlakat sözündən olub, yaşayış yeri, ərazi, diyar, ölkə mənalarını ifadə edir.
Qeyd etmək lazımdır ki, mülkə malik olurlar, malik olunan mülk malikanə hesab edilir. Məmləkət qadın adının əsasında duran isə malik olunan hər şeyin cəmidir, yəni ölkədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk. manica sözündən olub, məncə, mənim fikrimcə mənalarını ifadə edir.
XII əsr Azərbaycan şairəsi Məhsəti xanım Gəncəvinın adı bəzi araşdırmlarda Mənicə kimi qeyd edilmişdir. O, sarayda yaşayarkən Sultan Səncər ona Məhsəti ləqəbini vermişdir. Bundan sonra şairə ondan təxəllüs kimi istifadə etmişdir. Ə.Firdövsinin “Şahnamə” dastanında “Becan və Mənicə” hekayəsinin əsas qəhrəmanlarından birinin adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mantiq sözündən olub, dilimizdə daxili qanunauyğuqluq, həmçinin təfəkkürün qanunları haqqında elm mənasındadır.
Azərbaycan dilində məntiq sözündən kişi adı yaranmasa da, Məntiqə qadın adına rast gəlinir. Ailədə Əntiqə ilə həmqafiyə olsun deyə, yəqin ki, mənasına fikir verilmədən övladlara verilən adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. manzara sözündən olub, görünüş, görünən yer, tamaşa, təbiəti əks etdirən şəkil, rəsm, göz önünə gətiriləcək hadisə, nəzəri oxşayan görünüş, xoşagələn görünüş mənasını ifadə edir.
Mənzərə qadın adından səsdüşümü nəticəsində yaranmış adın Mənzər variantı məişətimizdə daha geniş yayılmışdır. Bu gün məişətimizdə ad, əsasən, Mənzər şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. manzur sözündəndir. Mənzurə qadın adı nəzərdə tutulmuş, arzu edilən, məqsəd, arzu, niyyət anlamlarını ifadə edən Mənzur kişi adından (bax: ad – MƏNZUR) ənənəvi yolla yaranmışdır. Çoxdan övlad gözləyən ailələrdə arzularının yerinə yetdiyini ifadə etmək məqsədilə qoyulan adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. marcan dənizin dibində qayalıqlara yapışan hərəkətsiz dəniz heyvanı daşlaşdıqdan sonra işlənərək al-qırmızı, çəhrayı və ya ağ rəngli qadın bəzək əşyalarının adındandır.
Sonradan Mərcan adının sonuna -a şəkilçisi artırmaqla adın Mərcanə variantı yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti