fars-ərəb. mahiliqa sözündəndir. Mahiliqa (bax: ad – MAH) qadın adı Ay üzlü, Ay camallı gözəl mənalarını ifadə edir.
Adın təhrif olunmuş formaları Məhliqa, Məhluqə sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Bu gün Azərbaycanda Mahiliqa adına yalnız Məhluqə şəklində (tələffüzlə bağlı çətinlik yarandığından) rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars-ərəb. mahimanzar sözündəndir. Mahimənzər (bax: ad – MAH; MƏNZƏR) qadın adı Ay baxışlı, Ay nəzərli gözəl mənalarını ifadə edir.
Adın təhrif olunmuş formaları Mahmənzər, Məhmənzər, Mahmuzər, Məhmizər də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mahipara sözündəndir. Mahiparə (bax: ad – MAH; PARA) qadın adı Ay parçası mənasını ifadə edir.
Adın təhrif olunmuş formaları Mahparə, Mehparə də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Bu gün Mahiparə adı məişətimizdə yalnız Mehparə şəklində (tələffüzlə bağlı çətinlik yarandığından) rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti