ərəb. müçfiq sözündəndir. Dilimizdə şəfqətli, mərhəmətli, mehriban, ürəyiyumşaq mənalarını ifadə edən Müşfiq Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış kişi adları sırasındadır.
Müşfiqə qadın adı Müşfiq kişi adından (bax: ad MÜŞFİQ) ənənəvi yolla yaranmışdır. Adın təhrif olunmuş formaları Müşfüqə, Müşviqə sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. müçk (ceyranın göbəyindən çıxarılan ətirli maddə) və naz sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Müşkünaz qadın adı nazından hər yerə ətir saçılan, nazı ilə nəfəs, ürək dincəldən anlamını ifadə edir. Müşkünaz adının təhrif olunmuş forması Müşgünaz da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Müşkünaz görkəmli şairimiz H.Cavidin həyat yoldaşının adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. müçk (ceyranın göbəyindən çıxarılan ətirli maddə) və ərəb. ənbər (balığın mədəsindən çıxarılan ətirli maddə) sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Hər iki söz gözəl qoxu ilə əlaqədardır. Müşkənbər qadın adı həddən artıq gözəl qoxu, çox gözəl iy mənalarını ifadə edir. Adın təhrif olunmuş forması Müşgəmbər də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. müzahir sözündən olub, dilimizdə əldə etmə, təzahür etmə, nail olma anlamında olan mazhar sözünün cəmidir.
Müzahirə qadın adı görünənlər, nümayiş edilənlər, zahirdə olanlar, gözlə görünən mənasındadır. Lüğətlərdə adın bir işin üzə çıxdığı, zahir olduğu, baş verdiyi yer(lər) mənasında olduğu da göstərilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. müzayyan sözü dilimizdə qadın adına çevrilmişdir. Ərəb şəxs adları lüğətlərində Müzəyyən qadın adı kimi qeyd edilməmişdir. Müzəyyən türk xalqlarının əksəriyyətində mövcud qadın adıdır.
Zinət və Zeynal şəxs adları ilə eyni kökdən olan Müzəyyən qadın adı bəzənmiş, süslənmiş, zinətli, bəzəkli mənalarını ifadə edir. Adın təhrif olunmuş forması Müzəyyəm də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mahammad (əslində mühammadhamd olunan) sözündəndir. Azərbaycan dilində bəyənilən, tərifəlayiq, çox təriflənmiş, mədh edilmiş anlamlarını ifadə edir.
Ərəb dilində Məhəmməd, Əhməd, Mahmud eyni köklü sözlərdir. Məlum olduğu kimi, Məhəmməd kişi adı tarixi şəxsiyyət, İslam dininin banisi, Məhəmməd ibn Abdullahın adındandır. Adın ilk daşıyıcısı da Məhəmməd Peyğəmbər olmuşdur. O, 610-620-ci illərdə yeni din yaratmaqla məşğul olmuş, nəhayət, 622-ci ildə bu işi başa çat- dırmışdır. İslam dininin yaranma tarixi onun 622-ci ilin iyun ayının 26-da Məkkədən Yəsrib (sonralar bu şəhər Mədinə, yəni Peyğəmbər şəhəri adlandırılmışdır) şəhərinə hicrət etməsi tarixi ilə başlanır. İslam dininə görə, Məhəmməd (s.ə.s.) ən son peyğəmbərdir. Ondan sonra bir daha peyğəmbər gəlməyəcəkdir. Dini mənbələrdə müqəddəs “Qurani-Kərim” ilahi xəbər zəncirinin, peyğəmbərlik və vəhy müəssisəsinin onunla sona çatdığı, onun “xatəmun-nəbiyyin” (nəbilərin sonuncusu) olduğu qəti bir şəkildə belə xəbər verilir ki, Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur... Azərbaycanda İslam dini bərqərar olduqdan sonra ərəb dilindən bir sıra başqa adlar da məişətimizə daxil olmuşdur. Qeyd etmək lazımdır ki, keçmiş Sovetlər İttifaqının tərkibinə qatılmış türk xalqlarının hamısının dilində mövcud Məhəmməd kişi adı müxtəlif cür, çox zaman da bilərəkdən təhrif olunaraq yazılmışdı. Rus dilində Muxamed, Maqomed, Mamed, Muxamad və s. kimi yazılır, sonradan tərcümə prosesində mətn daxilində ad bilərəkdən təhrif olunurdu. Sovet dövründə Azərbaycanda da Məhəmməd adı bilərəkdən rəsmi sənədlərdə Məmməd kimi yazılırdı, rus dilində və çox vaxt canlı danışıqda da Mamed kimi gülüş doğuran bir tərzdə tələffüz edilirdi. Məmməd kişi adı, ümumiyyətlə, heç bir məna daşımır. Bu gün Azərbaycan antroponimikasında tərkibində Məhəmməd adının işləndiyi kifayət qədər mürəkkəb kişi adları mövcuddur. Sovet dövründə bu cür mürəkkəb adlarda da Məhəmməd yerinə Məmməd yazılırdı. Məsələn, Məhəmmədəli Məmmədəli kimi, Xanməhəmməd Xanməmməd kimi, Canməhəmməd Canməmməd kimi və s. XX əsrin iyirminci illərindən bu qəbildən olan adlar əvvəl yalnız Məhəmməd kimi qısaldılmış şəkildə tələffüz edilirdisə, sonradan yavaş-yavaş bu adların azalması (rus dilində tələffüzü çətinlik yaratdığı səbəbindən) müşahidə edilirdi. Bu gün Məhəmməd məişətimizdə çox geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti