Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MÜŞKÜNAZ

fars. müçk (ceyranın göbəyindən çıxarılan ətirli maddə) və naz sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Müşkünaz qadın adı nazından hər yerə ətir saçılan, nazı ilə nəfəs, ürək dincəldən anlamını ifadə edir. Müşkünaz adının təhrif olunmuş forması Müşgünaz da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Müşkünaz görkəmli şairimiz H.Cavidin həyat yoldaşının adındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti