azərb. min (say) və ərəb. nur sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Minnur (bax: ad – NUR) qadın adı min yerə nur saçan, çox parlaq mənasındadır. Sonradan Minnur adına -a sonluğu artırılılmaqla Minnurə qadın adı yaradılmışdır. Səsdüşümü hadisəsi nəticəsində Minurə şəklinə düşmüşdür. Bu gün ad yalnız Minurə şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. amir sözünün fars dilində dəyişikliyə uğramış formasıdır.
Əmir sözü əslində rəis, başçı, ağa mənasındadır (bax: ad – ƏMİR). Azərbaycan antroponimikasında əcdadlarının Məhəmməd ailəsinə, yaxud seyid nəslinə mənsub olduğunu ifadə etmək, başqa sözlə, adi adlardan fərqlənən, mir hissəciyinin artırıldığı kifayət qədər şəxs adı mövcuddur. Ərəblərdə ön qoşması sayılan mir dilimizdə istər qadın, istərsə də kişi adına əlavə edilir. Bu qəbildən olan şəxs adları (məsələn, Mirağa, Mirələkbər, Mirxanım, Mirnisə və s.) onların peyğəmbər nəsldən, yəni seyid övladı olduqlarının göstəricisi sayılır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mirvari (əslində morvarid) sözündəndir. Mənbələrdə sözün yunanlardan farslara, sonra dilimizə keçməsi barədə məlumatlara da rast gəlinir.
Mirvari bəzi molyuskların balıqqulaqlarından çıxarılan ağ, bəzən də çəhrayı, boz, qara rəngli dənələr şəklində qiymətli sədəf maddəsi, bu maddədən hazırlanmış qadın zinət əşyalarının adıdır. Mirvari qadın adı inci, dürr, daş-qaş mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mirvarid (əslində morvarid) sözündəndir. İranda Mirvarid bizim inciçiçəyi (elmi adı bellis) adlandırdığımız gülün adıdır.
Adın daşıyıcılarından Mirvarid Dibazi (1912-2001) Azərbaycanın Xalq Şairi olmuşdur. Mirvarid xanım dövrünün bir çox orden və medallarına layiq görülmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. möhkam sözündən olub, davamlı, bərk, səbatlı, həmçinin sağlam, qüvvətli, mətin, yenilməz mənalarını ifadə edir.
Azərbaycan antroponimikasında alqış məzmunlu, eləcə də müştərək şəxs adları sırasında olan Möhkəm adı sözün sağlam, qüvvətli, yenilməz mənaları ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mömin sözündəndir. Möminə qadın adı dilimizdə inandığı dinin (İslam dininin) ehkamlarına ciddi surətdə əməl edən adam, dindar, din tərəfdarı, həmçinin Allahın varlığına inanan, Tanrı yolunu tutan anlamlarını ifadə edən Mömin kişi adından (bax: ad – MÖMİN) ənənəvi yolla yaranmışdır. Bu gün məişətimizdə Mömin kişi adına nisbətən Möminə qadın adı daha geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti