ərəb. Maçadi (əslində maçhadi) və azərb. Xanım adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Məşhədi sözü dilimizin fonetik quruluşuna görə dəyişmiş, Məşədi kimi tələffüz edilmiş, sovet dövründə sənədlərdə də tələffüz edildiyi kimi yazılmışdır.
Beləliklə, Məşhəd sözü ilə əlaqədar Məşhədi şəxs adı Məşədiyə çevrilmişdir. Məşədixanım (bax: ad – MƏŞƏDİ; XANIM) qadın adı Məşədi xanım mənasındadır. Məlum olduğu kimi, ərəblərdə şəhid olanların basdırıldığı məkan Məşhəd adlanır. İranın Xorasan vilayətində də müqəddəs hesab edilən, imam Rzanın torpağa tapşırıldığı Məşhəd şəhəri mövcuddur. Məşədi şəxs adı da Azərbaycan antroponimikasında hacı, kərbəlayı kimi titullardan yaranmış şəxs adları sırasındadır. Qədimlərdən bu günə kimi Məşhədə gedib müqəddəs yerləri ziyarət edən adama məşhədi adı verilir. Məşhədixanım adı Məşhəd ziyarətindən gələn xanım, məşhədi xanım kimi anlaşılır. Adın təhrif olunmuş forması Məşədixanım da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün ad Məşədixanım şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. matanat sözündən olub, dözüm, davamlılıq, möhkəmlik, yenilməzlik, sarsılmazlıq, səbat, mətinlik, iradə kimi anlamları ifadə edir.
XX əsrin altmışıncı illərinə qədər Mətanət qadın adına çox nadir hallarda təsadüf edilirdi. M.Təhmasibin uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş “Çiçəkli dağ” ssenarisi əsasında çəkilmiş “Bir qalanın sirri” filmi öz dövründə Azərbaycan tamaşaçısının yaddaşında dərin izlər buraxa bilmişdi. Filmin qəhrəmanları əsasında öz mətinliyi, dözümlüyü, iradəsi, yenilməzliyi ilə seçilən Mətanət, bir növ, sarsılmazlığın simvolu kimi canlandırılmışdı. Bununla da məişətimizdə Mətanət uzunömürlü adlardan olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mixak sözündən olub, mərsin fəsiləsinə aid həmişəyaşıl mixək ağacının və həmin ağacın qurumuş qönçələrindən hazırlanan ətirli ədviyyənin adındandır.
Azərbaycan antroponimikasında Mixək qadın adı ilə yanaşı, tərkibində Mixək şəxs adının komponent kimi işləndiyi qadın adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mina sözündən olub, metal və s. əşyaların üzərinə çəkilən çox incə və parlaq təbəqə, naxış deməkdir.
Son dövrlərə qədər usta zərgərlər qiymətli bəzək əşyalarına mina vurmaqla daha baxımlı edərdilər. Klassik poeziyada obrazlı təşbehlərdə mina sözünə teztez rast gəlinir. Mina parlaq, gözəl kimi məcazi mənalar da ifadə edir. Mina qadın adı da sözün məcazi mənası ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti