ərəb. Maçadi (əslində maçhadi) və azərb. Xanım adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Məşhədi sözü dilimizin fonetik quruluşuna görə dəyişmiş, Məşədi kimi tələffüz edilmiş, sovet dövründə sənədlərdə də tələffüz edildiyi kimi yazılmışdır.
Beləliklə, Məşhəd sözü ilə əlaqədar Məşhədi şəxs adı Məşədiyə çevrilmişdir. Məşədixanım (bax: ad – MƏŞƏDİ; XANIM) qadın adı Məşədi xanım mənasındadır. Məlum olduğu kimi, ərəblərdə şəhid olanların basdırıldığı məkan Məşhəd adlanır. İranın Xorasan vilayətində də müqəddəs hesab edilən, imam Rzanın torpağa tapşırıldığı Məşhəd şəhəri mövcuddur. Məşədi şəxs adı da Azərbaycan antroponimikasında hacı, kərbəlayı kimi titullardan yaranmış şəxs adları sırasındadır. Qədimlərdən bu günə kimi Məşhədə gedib müqəddəs yerləri ziyarət edən adama məşhədi adı verilir. Məşhədixanım adı Məşhəd ziyarətindən gələn xanım, məşhədi xanım kimi anlaşılır. Adın təhrif olunmuş forması Məşədixanım da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün ad Məşədixanım şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti