Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FEYZİYƏ ərəb.

feyz sözündəndir.

Feyziyə qadın adı bolluq, bərəkətlilik, faydalı olan mənasını ifadə edən Feyzi kişi adından (bax: ad – FEYZİ) ənənəvi yolla yaranmışdır. Adın təhrif olunmuş formaları Fövziyə, Fövziyyə də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FƏHMİNƏ ərəb.

fahm sözündəndir.

Fəhmin kişi adından (bax: ad – FƏHMİN) ənənəvi yolla düzəlmiş Fəhminə qadın adı fəhmlə, anlayışla, dərk etməklə, anlamaqla əlaqədar olan anlamındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti