Farqana Özbəkistanda şəhərlərdən birinin adındandır.
Tyan-Şan dağ silsiləsində üçbucaq formasında olan çökəklik də Fərqanə adlanır. Toponimlərlə əlaqədar araşdırmalarda Fərqanə vadisi və eyni adlı silsilə və şəhərin adının tacik dilindəki “parğana” (dağarası çökəklik) sözündən yarandığı qeyd edilmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifasila sözü dilimizdə quruluşca oxşar, mənşəcə bir-birinə yaxın olan bir neçə heyvan və ya bitki cinsinin əmələ gətirdiyi qrup mənasını ifadə edir.
Azərbaycan məişətində ailədəki qadın adları ilə həmqafiyə olsun deyə mənasına fikir verilmədən qoyulan şəxs adları sırasındadır. Fəsilə qadın adı təfavüt, seçmə, sonalama mənalarındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifath sözündəndir.
Fəth sözü bədii ədəbiyyatda, klassik poeziyada əsir etmək, məftun etmək, valeh etmək kimi məcazi mənalarda tez-tez rast gəlinir. Fəthiyə qadın adı da sözün məcazi mənası ilə əlaqədar olub, məftun edilməklə, əsir edilməklə əlaqədar anlamları ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifaza sözündəndir.
Fəza şəxs adı dilimizdə iki mənada işlənir: 1. Kainatda sonsuz boşluq, dünyanın, ulduzların içində olan boşluq, geniş meydan, ucu-bucağı görünməyən boşluq, göy, asiman; 2. Yüksəklik, ənginlik. Azərbaycan antroponimikasında müştərək adlar sırasında olan Fəza şəxs adı göy, asiman, ənginlik anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifazilat sözündən olub, insanda ağıl, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq, müdriklik, kamillik, ehtiram doğuran sifətləri bildirir.
Fəzilət şəxs adının sonuncu səsinin düşməsindən yaranmış Fəzilə də sonradan müstəqil qadın adı kimi formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifidan yenicə yetişən cavan ağac və ya kol anlamındadır.
Klassik ədəbiyyatda obrazlı ifadələrdə tez-tez rast gəlinir. Fidan sözünün incə, zərif kimi məcazi mənaları vardır. Fidan qadın adı sözün məcazi mənası ilə əlaqədardır. Məişətimizə XX əsrin 40-cı illərindən daxil olmuş Fidan qadın adının geniş yayılması XX əsrin altmışıncı illərinə təsadüf edir. Həmin dövrdən günümüzə qədər Fidan Azərbaycanda dəbdə olan qadın adları sırasındadır. Fidan qadın adının sonuna -a sonluğu artırmaqla Fidanə variantı da yaranmışdır. Adın daşıyıcılarından Dövlət mükafatı laureatı, Xalq Artisti, Azərbaycan Respublikasının “Şöhrət” Ordeni ilə təltif olunmuş Fidan Qasımova XX əsrdə Azərbaycan vokal məktəbini beynəlxalq səviyyəyə qaldırmış və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu vokal müsabiqələrinin qalibi olmuş ilk müğənnidir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti