mürəkkəb adların tərkibində iştirak edən bala və ami sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Baləmi (bax: ad – BALA; ƏMİ) kişi adı ailədə uşaqların yaşca kiçik olan əmilərinə müraciət formasından yaranmışdır. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Balaəmi adı bu gün Baləmi formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində iştirak edən bala və kiçi adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balakişi (bax: ad – BALA; KİŞİ) şəxs adındakı kişi sözü daha çox xüsusiyyət ifadə edir, kiçiklikdən kişi kimi özünü aparan, əsl kişi misallı olan (şəxs) anlamını ifadə edir. Adın daşıyıcılarından əlli il rus ordusunda nümunəvi xidmət edən generalleytenant Balakişi Ərəblinski (18281902) çox gənc yaşlarında, podpolkovnik rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan generalleytenant Balakişi Ərəblinski xidmət dövründə o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. Hələ 18481849cu illərdə Vilaqoş qalası uğrunda gedən ağır döyüşlərdə kapitan Ərəblinski də mərdliklə vuruşaraq “Birinci dərəcəli müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur. Rusiya–Türkiyə müharibəsində (18771878) göstərdiyi qeyriadi igidliyə və əvəzsiz komandirlik fəaliyyətinə görə həmyerlimiz Balakişi Ərəblinski generalmayor rütbəsinə layiq görülmüşdü.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində iştirak edən Bala və ərəb. Mahammad adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balaməhəmməd (bax: ad – BALA; MƏHƏMMƏD) kişi adı balaca Məhəmməd anlamındadır. Adın təhrif olunmuş formaları Balaməmməd, Balamməd, Balmət də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində iştirak edən bala və ərəb. mir sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balamir (bax: ad – BALA; MİR) kişi adı bala əmir, kiçik əmir mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Balamir bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində iştirak edən bala və ərəb. mir sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balamir (bax: ad – BALA; MİR) kişi adı bala əmir, kiçik əmir mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Balamir bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində iştirak edən bala və oğlan sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balaoğlan (bax: ad – BALA; OĞLAN) kişi adı Balaoğlan (bax: ad – BALA; OĞLAN) kişi adı oğul bala, oğlan övlad mənalarındadır. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Balaoğlan adı bu gün Baloğlan formasındadır. Səsdüşümü (a) hadisəsi nəticəsində Baloğlan formasına düşmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğəti