ərəb. çövq sözündən olub, dilimizdə şiddətli arzu, meyil, həvəs, istək, həmçinin işıq mənasındadır.
Şövqiyə qadın adı arzu edən, niyyət olunan, həvəs göstərən, istəyən anlamlarını ifadə edən Şövqi kişi adından (bax: ad – ŞÖVQİ) ənənəvi yolla yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyunan. cəsur, müdafiəçi mənalarını ifadə edən Aleksandr/ Aleksandra adının əzizləmə və oxşama məzmunlu kiçiltmə formasıdır.
Adətən Şura qadın adı ərəb dilindəki hər hansı məsələni müzakirə etmək üçün, məsləhətləşmək üçün bir yerə yığışma, müşavirə, məclis, yaxud təşkilat, idarə, cəmiyyət yanında sərəncamverici və ya məşvərətçi orqan mənalarını ifadə edən şura sözü ilə əlaqələndirilir. Məlum olduğu kimi, Azərbaycanda olduğu kimi, bir sıra Şərq ölkələrində 1920-ci ildə qurulmuş Sovet hökumətinə Şura hökuməti də deyilmişdir. Azərbaycanda Şura qadın adının tarixinin, əsasən, adın bu sözlə əlaqədar olduğunu söyləmək olar. Lakin nəzərə almaq lazımdır ki, Şura Azərbaycan antroponimikasına XX əsrin iyirminci illərindən daxil olmuş şəxs adları sırasındadır. Bu dövrdən etibarən məişətimizə rus dilindən kifayət qədər şəxs adı daxil olmuşdur. Şura adının rus antroponimikasında mövcud yunan mənşəli Aleksandr/Aleksandra adı ilə əlaqələndirilməsi, fikrimizcə, daha inandırıcı görünür. Çünki keçən əsrin iyirminci illərinə qədər Azərbaycanda, ümumiyyətlə, Şura adına rast gəlinmir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. çükran sözündən olub, yaxşılığı itirməmək, yaxşılıq bilmə, yaxşılıq müqabilində edilən minnətdarlıq, təşəkkür, şükür mənasındadır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Şükran adı şükürlə, təşəkkürlə əlaqədar adlar sırasındadır. Şükran adının sonuna -a şəkilçisinin artırılması ilə adın Şükranə variantı da yaradılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. çükr sözündən olub, təşəkkür, minnətdarlıq, şükür anlamındadır. Şükri kişi adı şükür etmək, razılıq etmək anlamlarını ifadə edir.
Ailələrdə övlada bu adı verməklə valideynlər, yaxınları sanki Allaha minnətdarlıq, şükür, razılıq edir. Görkəmli Azərbaycan şairi Əhməd Cavadın həyat yoldaşının adı da Şükriyyə olmuşdur. Şairin xanımına həsr etdiyi “Şükriyə” şeiri onun yaradıcılığında özünəməxsus yer tutan ən gözəl əsərlərindəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. çükuha sözündəndir. Klassik ədəbiyyatda tez-tez işlədilən söz və ifadələr sırasındadır. Şükuhə qadın adı böyüklük, ululuq, əzəmət, şanlı, şərəfli (qadın, qız) mənalarını ifadə edir.
Məişətimizdə adın mənasına görə deyil, Şükufə adına həmqafiyə olsun, deyə qoyulmuş ad olmuş, sonradan yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. çüça sərt şəffaf material və bu materialdan hazırlanmış məmulatın adıdır. İncə, zərif, hər an sına bilən, sonradan heç cür əvvəlki halına salına bilməyən kimi məcazi mənalarda poeziyada tez-tez rast gəlinən söz və ifadələrdəndir.
Şüşə qadın adı sözün məcazi mənası ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti