ərəb. mürəkkəb adların tərkibində işlənən Şamsi adı və nur sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Şəmsinur (bax: ad – ŞƏMSİ; NUR) qadın adı Günəşin nuruna bənzər gözəl xanım mənasındadır. Adın sonuna -a şəkilçisi artırmaqla Şəmsinurə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. çarbat sözündəndir. Şərbət sözünün həqiqi mənası dilimizdə meyvə şirələrinə və ya adi suya qənd qatmaqla hazırlanan şirin, dadlı içkidir. Məcazi mənada şərbət müqayisələrdə şərbət kimi şirin anlamını ifadə edir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Şərbət adı sözün məcazi mənası ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti