türk. çad qədim titullardandır. Qədim türklərdə şad xaqandan sonra yüksək hərbi titul kimi mövcud olmuşdur.
Şad həm də xaqanların qardaşlarına və oğlanlarına, qardaş və bacısı oğlanlarına verilən tituldur. Erkən dövrlərdə bir sıra şəxs adlarına da qoşulmuşdur. Məsələn, Tarduş şad, Tolis şad, Buri şad və b. adlarla işlənərək adın daşıyıcısının yüksək rütbəli şəxs (hökmdar, sərkərdə) olduğunu ifadə etmişdir. Azərbaycan antroponimikasında Şad müsəqil şəxs adı kimi deyil, mürəkkəb adların tərkibində komponent olaraq mövcuddur. Qeyd etmək lazımdır ki, məişətimizdə bir sıra adların tərkibində fars mənşəli şad sözü işlənir, sevinən, şən, sevincli, fərəhli anlamlarını ifad edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. çah sözü əslində tituldur. Müasir Azərbaycan dilində bir neçə məna ifadə edir: 1. Keçmişdə İran və Əfqanıstanda padşahın, hökmdarın titulu, həmçinin bu titulu daşıyan şəxs; 2. Ən birinci, ən yaxşı, başda olan, nümunəvi olan; 3. Arı ailəsində dişi arı.
Şah... ilə başlayan şəxs adlarının əzizləmə və oxşama məzmunlu kiçildilmiş formasıdır (danışıqda). Azərbaycan antroponimikasında Şah adı, əsasən, padşah, hökmdar mənasında bir çox mürəkkəb şəxs adlarının tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. çah sözündəndir. Şahanə (bax: ad – ŞAH) qadın adı şahlara, hökmdarlara layiq olan, şahlara məxsus, hökmdarlara aid mənalarını ifadə edir.
Şahanə məcazi mənada çox ali, yüksək anlamındadır. Klassik ədəbiyyatda çox tez-tez rast gəlinən (şahanə gözəllik anlamında) ifadələrdəndir. Şahanə qadın adı sözün məcazi mənası ilə əlaqədardır. Adın təhrif olunmuş forması Şəhanə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Adın təhrif olunmuş Svet forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş çah və azərb. bika titullarının birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Şahbikə (bax: ad – ŞAH; BİKƏ) qadın adı şaha, hökmdara layiq qadın mənasındadır. Adın təhrif olunmuş Şahpikə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş çah və azərb. xanım titullarının birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Şahxanım (bax: ad – ŞAH; XANIM) qadın adı şah xanımı, hökmdar xanımı mənasındadır. Adın təhrif olunmuş Şaxanım forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti