Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

talaşa1

Ağdam, Ağdaş, Bakı, Cəlilabad, Göyçay, Kürdəmir, Mingəçevir, Oğuz, Salyan, Şamaxı, Şəki, Şuşa, Zərdab

Bax: talaş□ Bu tökülən talaşadan birəz apar evə (Ağdam); Odun olmadığına peçdə talaşa yandırırıx (Ağdaş); Bir az talaşa gəti ocağa at (Oğuz); Bir-iki talaşa qopar, ocax qalıyacağam (Kürdəmir); O talaşadan at sımavara, qaynasın (Salyan); A bala, biraz talaşa yığ gəti, ocağı qızışdır (Şəki).

talaşa2

Cəbrayıl, Goranboy, Zəngilan

Divar hörərkən daşların arasına tökülən xırda daş qırıntıları. □ İndi də talaşaə:ti tökəx' daşların arasına (Goranboy).

Azərbaycan dilinin dialektoloji lüğəti

talaşka

İmişli

Bax: talaş□ O talaşkadan gət, at ocağın altına.

Azərbaycan dilinin dialektoloji lüğəti

tamasa1

Lənkəran, Masallı

Bax: tamaza□ Merzağa evin tamasasın da vurub (Lənkəran).

tamasa2

Balakən, Qazax, Ordubad

Taxta haşiyə. □ Dufarnan bolun <polun> arasına vurollar tamasıyı (Qazax).

tamasa3

Quba

Boyunduruğun alt ağacı. □ Tamasanı tez ul üryə <ora> gütür.

Azərbaycan dilinin dialektoloji lüğəti

tamasqa

Dərbənd, Tabasaran

Bax: tamasa3□ Buynisənin altındakı ağaca tamasqa diyədik (Dərbənd); Malın başı çixməsü diyə, buyunduruğun aşağı tərəfinə tamasqa keçirəllər (Tabasaran).

Azərbaycan dilinin dialektoloji lüğəti