Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

sımarramax

Qazax

Bax: ismarramax□ Cijimə sımarrladım kin, dağdan yağ yollasın.

Azərbaycan dilinin dialektoloji lüğəti

sımsar

Gədəbəy, Şəmkir

Bax: simsar□ O bizdərə sımsardımı yörəsin? (Gədəbəy); Qızı aparıf qoyurdu bir simsarın yanna, onnan sonra barışırdı (Şəmkir).

Azərbaycan dilinin dialektoloji lüğəti

sınır

Ağdərə, Qafan

1. Bax: sıyır (Ağdərə). □ Sınırım əyilif, yerimnən qalxammıram (Ağdərə).

2. Bax: sıqır (Qafan). □ Mənim sınırım ağrıyır; Sınırıma bir yekə daş dəyif (Qafan).

Azərbaycan dilinin dialektoloji lüğəti