Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

simsar

Cəlilabad, Gəncə, Goranboy, Göyçay, Kəlbəcər, Kürdəmir, Qazax, Qəbələ, Mingəçevir, Salyan, Şəki, Zaqatala

Qohum.  Elə bir simsarım yoxdu ku, bərkə düşəndə əlimnən tussun (Qazax); Bir simmarım yoxdu ma: köməy eləsin (Goranboy); Əhmədlə Məmməd simsardılar (Qəbələ); Ho bizə simsar adam döyü (Zaqatala); O bizim simsardı (Gəncə); Abdıl bizə simsar adamdı (Göyçay); Bı məhlənin adamları hamı bir-birilə simsardı (Kürdəmir); Simsar ha döy olar muna (Gədəbəy); Qədir bizə simsardı (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti