Əli Bayramlı, Salyan, Tovuz
1. Yonqar (Əli Bayramlı, Salyan). □ Bəndənin ağzınnan çıxır püfə (Əli Bayramlı); Püfə taxdadan tez yanar (Salyan); O püfədən bir teş <teşt> gəti, gərmənin altda tökəx' (Çənbərək); O odununpüfəsin ocağa ver (Kürdəmir).
2. Taxta kəpəyi (Tovuz). □ Taxdadan çıxan xurdaja kəpə: püfə de:lir.
3. Çəltik qabığı, kəpəyi (Cəbrayıl, Çənbərək, Füzuli, Gədəbəy, Xanlar, İmişli, Kürdəmir, Qarakilsə, Masallı, Ordubad). □ Püfəni küləy aparır, saman qalır (Kürdəmir); Püfüyü yığ da, mala:par <mala apar> verginən (Gədəbəy); Taxılın püfəsin təmizləməx' lazımdı (Xanlar).
Oğuz
Uşaq üçün hazırlanmış xörək adı. □ Uşağ ağlıyır, püfəsini ver ona.
Culfa
Yem. □ Püfəni mala verəllər.
Azərbaycan dilinin dialektoloji lüğəti