Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

oyux1

Çənbərək, Gədəbəy, Gəncə, Kürdəmir, Mingəçevir, Şəki

Bax: ovux□ Oyux yeri ayırmaxdan yanadı (Gəncə); Qo:ruğa oyux qoymışam (Şəki).

oyux2

Cəbrayıl, Zəngibasar, Kürdəmir, Mingəçevir, Şəki

Taxılı, bostanı, meyvəni və s. quşlardan və ya hər hansı zərərvericidən qorumaq məqsədilə ağaca paltar geydirilərək düzəldilən müqəvva.  Oyuğun birini taxıl yerinin lap başında qoymax lazımdı; Oyux qoyannan sora quşdar də: o qədər ziyan vermir (Şəki).

oyux3

Cəbrayıl

1. Bağ və ya bostanda qarovulçuların özləri üçün ağac budaqlarından, qamışdan düzəltdikləri koma, kölgəlik. □ Oyuxdan baxanda bağın hər yeri görünür.

2. Koma, daxma. □ İrəlidə adamlar oyııxda yaşıyırdı.

oyux4

Zaqatala

Nəsil.  Ellər ilham alır durlu oyuğunqnan, Günəş ışıx salır səhər söyğunqnan, Tarıxlar şahıdı Eldər oyuğunnan, Qalxarmı qasırğa, yellərinq Qavra?

oyux5

Zəngibasar

Şitil basdırmaq üçün yerdə qazılan balaca çala, oyuq.

Azərbaycan dilinin dialektoloji lüğəti