Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

mağıl1

Bakı, Borçalı, Cəbrayıl, Cənubi Azərbaycan, Dəvəçi, Gədəbəy, Goranboy, İsmayıllı, Kürdəmir, Şərur, Zəngilan

Bax: maal□ Dünən mağıl gün çıxmışdı (İsmayıllı); Mağıl hərdən bizə gəlirdin, daha gəlmirsən (Goranboy); Mağıl qapıda dirrix' var (Tovuz); Mağıl sən cavab verdin (Şərur); Mağıl sən gəlib özü:yetdin, yoxsa bı itdər bizi diricə yə:rdi (Zəngilan).

mağıl2

Tovuz

Layiqli. □ Səltənət kimi mağıl adamı sən tapmassan.

Azərbaycan dilinin dialektoloji lüğəti

ma:ğul

Bakı, Cəlilabad, Quba

Bax: maal□ Ma:ğul bu kitabı gətirdim, yuxsa uxumağa bir şeyin ulmıyacağdı (Quba); Ma:ğul sən gəldün çıxdun (Cəlilabad).

Azərbaycan dilinin dialektoloji lüğəti

maxara1

Balakən, Zaqatala

1. Bax: maqarə.

2. Qutab. □ Anam bu gün maxara bişirəcək.

maxara2

Cəbrayıl

Xarab.

Azərbaycan dilinin dialektoloji lüğəti