Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

lavada

Gəncə, Şəki, Şəmkir, Tovuz

Bax: labada□ Ay ata, mənim lavadam dağılıfdı (Şəmkir); Lavadasız qız köşməzdi qavaxlar (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti

lavaşa1

Ağdam, Gəncə, Qubadlı, Salyan, Zəngilan

Bax: lavaş□ Alınça lavaşası çox turş olur (Gəncə); Bir az lavaşa ver, atın yarasına çəkim (Qubadlı); Nənəm lavaşa çıxardır (Zəngilan).

lavaşa2

Gəncə, Qubadlı, Ordubad

1. Nallanarkən atın üst dodağını və burnunu burmaq üçün ucuna ip keçirilmiş buynuz (Gəncə, Qubadlı).  Lavaşanı bura gəti, atın burnuna vur; Lavaşanı gəti ata vur, nallamağa durmur (Qubadlı); Bu atın burnuna lavaşa vurmasan, nallamağ olmaz (Gəncə).

2. Zəncirin ucunda olan qarmaq (Ordubad). □  Lavaşanı aparın verin dəmirçiyə düzəltsin.

3. İpək çəkərkən baramanı tiyanda islatmaq üçün əyri ağac (Ordubad). □ Lavaşa qırılıb.

Azərbaycan dilinin dialektoloji lüğəti

lavaşana

Quba, Şamaxı

Bax: lavaş□ Lavaşanani qutaba qatallar, xüregə tükəllər (Quba); Bağman bir yayda on put naziyi, iyirmi put tumi lavaşana qeyirdi (Şamaxı).

Azərbaycan dilinin dialektoloji lüğəti