Ağdaş, Qazax, Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Tərtər, Ucar, Zaqatala
Bax: dobı. □ Bir dopu bəhməzimiz var (Qəbələ); Bir dopu qatıx vermişəm dünən qonşuya (Oğuz); Arvad, inəyin yağınnan bir əz o dopuya yığarsan (İsmayıllı); Dopuya yağ da tökürüx, bal da (Zaqatala).
Xanlar
Qısaboy, gödəkboy. □ Bu kətdə bir dopu adam var.
Azərbaycan dilinin dialektoloji lüğəti