Basarkeçər, Borçalı, Gəncə, Hamamlı, Qazax, Mingəçevir, Şuşa, Ucar
İyrənmək. □ Ay uşağ, o xörəydən mən diysindim (Borçalı); Yanğır adam hamını diysindirir (Qazax); Uşağ xörəx'dən diysinif, yemir (Gəncə); Adam diysinsə, yiyəmməz (Şuşa); Nə olsa diysinirsən, yemirsən (Ucar); Mən ətdən yaman diysinmişəm (Hamamlı).
Azərbaycan dilinin dialektoloji lüğəti