Ağcabədi, Cəbrayıl, Şərur
Çox qısaboylu (adam). □ Dımıx Məhərrəm gəldi (Şərur); Bu dımıx Kərimin oğludu (Cəbrayıl).
Cəbrayıl, Culfa, Füzuli
Kiçikquyruqlu (qoyun). □ Dımıx qoyun, yanı quyruğu az olan qoyun (Füzuli); Qara qoyun dımıxdı (Cəbrayıl).
Tovuz
Baltanın ağzı, kəsən tərəfi. □ Baltanın dımığını daşa vurma.
Azərbaycan dilinin dialektoloji lüğəti