Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

boyax

Cəbrayıl

Bax: bo:a□ Boyax həməşə kolların divində çox pitir.

Azərbaycan dilinin dialektoloji lüğəti

boyana

Ağdam, Bərdə, Cəbrayıl, Göyçay, Kürdəmir, Mingəçevir, Şuşa, Tərtər

Bax: biyana Gör bazarda boyana varmı, al gəti bü:n boyanalı aş pişirəx' (Ağdam);
Uşaxlar gedif bir mişox boyana yığıf gətiriflər (Bərdə).

Azərbaycan dilinin dialektoloji lüğəti

boygörməsi

Daşkəsən, Gədəbəy, Qazax

Bax: boygörmə□ Savax boygörməsidi gəlinin (Qazax); Boygörməsi verdim dünən dayımın gəlininə on ma:t (Gədəbəy); Dosdar gəlif boygörməsi vereydilər gəlinə (Daşkəsən).

Azərbaycan dilinin dialektoloji lüğəti

boylam

Barana, Qazax

Bax: boyl.  Buroyu qutardı, boylam genə götdi oxudu (Qazax); O bizə gəldi, boylam ikisi öyənə getdi (Barana).

Azərbaycan dilinin dialektoloji lüğəti

boylom

Qazax

Bax: boyl Boylom bullar gedillər yeylağa, orda Kərəm İsgəndəri görör.

Azərbaycan dilinin dialektoloji lüğəti