Bakı, Cəbrayıl, Gədəbəy, Goranboy, Kürdəmir, Quba, Mingəçevir, Salyan, Ucar
1. Köhnə palaz; köhnə palaz parçası (Bakı, Cəbrayıl, Kürdəmir, Quba, Salyan, Ucar). □ Altuna şəlpə at, irah olsun (Kürdəmir); Qapı ağzına şəlpə saldım (Salyan); O şəlpəni gəti sər ocağın qırağına (Cəbrayıl).
2. Cır-cındır, köhnə parça, əsgi (Bakı, Goranboy, Gədəbəy, Quba, Mingəçevir).
See also:
Azərbaycan dilinin dialektoloji lüğətiAğdam, Böyük Qarakilsə, Goranboy, Xocalı, Kürdəmir, Qazax, Şuşa
Kişi alt tumanı. □ Əyləndə gədənin şəltəsi partdıyıf, cırılıf (Ağdam); Şəltəni şalvarın altınnan giyillər (Goranboy); Şalvarın altınnan geyillər, ona şəltə deyirdix', indi tuman deyillər (Xocalı); Altımnan şəltəm tüşürdü, güjnən gəlif çıxmışam (Şuşa).
Böyük Qarakilsə, Gədəbəy, Gəncə, Qazax, Qusar
1. Cır-cındır.
2. Köhnə palaz.
3. Köhnə yorğan-döşək. □ Öyündə iküş <iki-üç> şəltədən savayı nə var kın? (Gədəbəy); Bu ku lap şəltədi (Böyük Qarakilsə).
Şəki
Qız evinə nişan aparılan gün. □ Şəltə qız öyünə parça aparan günə diyillər.
See also:
Azərbaycan dilinin dialektoloji lüğəti