Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

çəngəl1

Goranboy, Qazax, Şəki, İrəvan

Bax: çengəl. □ Paltunu çəngəldən asıf keşdıx içəri (Şəki); Paltarını çəngəldən as (İrəvan).

çəngəl2

Xanlar

Qoyun itinin boğazına keçirilən dişli dairəvi dəmir.  Çəngəl dəmirdən olur, ujlarına da bir əz polat qoyulur.

çəngəl3

Bakı, Daşkəsən, Şuşa

1. Qarmaq (Bakı, Şuşa) .  Çəngəli gəti, quyudan vedrəni çıxardım (Şuşa); Çəngəldə ətin olsun, müştəri özü gələr (Bakı).

2. Tilov (Daşkəsən).  Balığı çəngəlnən tutuylar.

Azərbaycan dilinin dialektoloji lüğəti

çəngi

Gədəbəy, Gəncə, Qazax, Qax, Kürdəmir, Şuşa, Zaqatala

Bax: çengi□ O, çənginin biridi, ona qoşulmasan yaxşıdı (Şuşa); Çəngiynən üz-üzə durmaxyaxşı döy (Gəncə); Xanım çəngidi (Zaqatala).

Azərbaycan dilinin dialektoloji lüğəti