►Əzәmәti, vüqarı, fədakarlığı və humanizmi bildirmək üçün işlədilən ifadə.
İfadə qәdim yunan әsatirlərinin məşhur qəhrəmanı Prometeyin adı ilə bağlıdır.
Qәdim yunan әsatirlərinә görә, titanlardan biri olan Prometey tәbiәtlә mübarizәdə aciz qalan insanlara yazığı gәldiyindən göydәn od oğurlayaraq adamlara vermiş vә ondan istifadә etmәyi öyrәtmişdir.
Bundan qәzәblәnәn Zevs Prometeyi Qafqaz dağlarında qayaya zәncirlәmәyi od vә dәmirçilik ilahı Hefestә әmr edir. Hәr gün nәhəng bir qartal gәlib zәncirlәnmiş Prometeyin qaraciyәrini söküb yeyir, gecəlәr isә onun qaraciyәri yenidәn әzab çәkmәk üçün sağalır. Sonralar əsatirin ikinci nәcib qәhrәmanı igid Herakl (Herkules) onu bu әzabdan xilas etmişdir.
Əsatirlərdə tәsvir olunan bu hadisә ilә әlaqədar «Prometey odu» deyimi meydana çıxmışdır ki, bu da insan qәlbindә yanan müqәddәs odu, elm, incәsәnәt, ictimai iş vә s. saһәlәrdә ali mәqsәdlәrә can atmağı və yaradıcılıq ehtirasını ifadə edir.
Dilimizdə yunan əsatirinin bu xeyirxah qəhrəmanının adı ilə bağlı olan «Prometey әzabı» ifadəsi də işlənir.
Məsəllər, deyimlər►«Bu işdə bir xeyir, fayda və qazanc yoxdur» mənasında işlədilən ifadə.
İfadənin Qədim Roma imperatoru Vespasianın dilindən çıxıb işlədildiyi ehtimal edilir.
İmperatorun bu ifadəni guya ictimai ayaqyolularına qoyulan vergidən əldə olunan pullara etirazını bildirmiş oğlu Tuta söylədiyi iddia edilir. İfadənin ilk dəfə işləndiyi «On iki Sezarın həyatı» (müəllif: Qay S. Trankvill) romanında ata ilə oğul arasındakı həmin söhbət belə təsvir olunur: «Tut təbii ehtiyacların ödənməsinə görə adamlardan vergi alınması ilə bağlı atasını qınayanda o həmin vergilərdən yığılmış pulların arasından bir dəmir sikkə götürüb oğlunun burnuna yaxınlaşdırdı və puldan iy gəlib-gəlmədiyini soruşdu. Oğlu: «Yox, heç bir iy gəlmir», – deyə cavab verdi. Onda Vespasian gülərək: «Amma biləsən ki, bu pul sidikdən qazanılıb», – dedi».
Sonralar «Puldan iy gəlmir» ifadəsi həm məcazlaşmış, həm də dəyişikliyə uğrayaraq hər hansı bir işdə mənfəətin olmadığını bildirmək üçün «Pul iyi gəlmir» şəklinə düşmüşdür.
Məsəllər, deyimlər►Qeyri-qanuni yolla qazanılmış pullara qanuni don geyindirmək üsul və tərzini əks etdirən ifadə.
İfadə ABŞ-da mafiya başçısı olmuş Al Kaponenin (1889–1947) maliyyə fırıldaqlarından qaynaqlanmışdır.
İtaliya mənşəli Al Kapone 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərmiş məşhur mafiya başçısı olmuş, yeddi il «Çikaqo Outfit» klanına rəhbərlik etmişdir. ABŞ-da iqtisadiyyatın çətin günlər yaşadığı 1930-cu illərdə güc toplamağa başlamış, ən əsası isə içkilərə qoyulan qadağalardan məharətlə istifadə edərək qanunsuz yolla xeyli pul qazana bilmişdir.
Həmin pulları xüsusi xidmət orqanlarının diqqətini cəlb etmədən xərcləmək çətin olduğuna görə Al Kapone çox ucuz qiymətə işləyən camaşırxana şəbəkəsi yaratdı. Burada müştərilərin əsl sayını izləmək çətin olduğu üçün əldə edilən gəliri istənilən məbləğdə göstərmək olardı. «Pulların yuyulması» ifadəsi buradan yaranıb.
Müasir dövrdə də, əsasən, korrupsiyanın çiçəkləndiyi, ictimai nəzarətin zəif olduğu avtoritar ölkələrdə «pulların yuyulması» metodundan geniş istifadə edilir.
Məsəllər, deyimlər►Çox zәngin, varlı-hallı, pullu, dövlәtli adamlar һaqqında işlədilən ifadə.
Nə qədər qəribə görünsə də, ifadənin yaranması balıq ovu ilə bağlıdır.
İlk baxışdan sual yarana bilər ki, nә üçün pulu balta kәsməsin, həm də pulla baltanın nә әlaqәsi ola bilər?
Qәdimdә «pul» mәfhumunu bildirmәk üçün müxtәlif sözlәrdәn (axça, para, tanqah, manqur, dinar, dirhәm, fülus vә s.) istifadә olunurdu. «Pul» sözü hәmin (müasir) mәnada lap sonralar işlәnilmәyә başlamışdır, hәm dә bir çox türk dillәri üçün bu mәna sәciyyәvi deyildir.
Bu ifadәnin dilimizdә yaranması, әslindә, balıqçılıq tәsәrrüfatı ilә әlaqәdardır. Kök, yağlı, iri balıqları balta ilә dә doğramağın çәtinliyini bildirәn ifadә get-gedә mәcazi mәna kәsb edәrәk idiomlaşmışdır. Danışıqda varlı adam haqqında işlәnən «yağlı» sözü dә bu fikri tәsdiq edә bilәr.
Maraqlıdır ki, «balıq» sözünün kökü olan «bal//pal» sözü dә «pul» ilә fonetik cәһәtdәn çox yaxındır vә bәzi türk dillәrindә (mәsәlәn: çuvaş dilindә) balıq әvәzinә pula (pul) işlədilir.
Məsəllər, deyimlər►Heç bir əsas və ehtiyac olmadan ən adi, ziyansız hər bir şeyi qadağan edən qayda və qanun haqqında işlədilən ifadə.
İfadə orta əsrlər Avropasında din sahəsində «qanun yaradıcılığı» prosesində meydana çıxmışdır.
Orta əsrlərdə bəzi dini qruplar belə hesab edirdi ki, insanın yeganə və ən başlıca işi Allaha sitayiş edib ruhun xilası haqda düşünməkdir. Onların fikrincə, insanın hiss və istəklərinə aid hər bir şey onu bu vacib işdən ayırır və cəmiyyətə ziyan vurur. Belə düşünənlərin hakimiyyətdə olduğu dövlətlərin qanunları, əsasən, əxlaqın keşiyində durur. Bazar günləri, yəni xristianların Allaha həsr etməli olduqları gün bu qanunları pozanlar üçünsə xüsusi cəzalar nəzərdə tutulur.
XVII əsrdə rəsmi kilsəni qəbul etməyən ingilis protestantlarının (lat. puritas – təmizlik) iradəsinin ifadəsi olan puritanların bir siyasi-dini hərəkat kimi meydana çıxmasından, onların cəmiyyətə təsiri gücləndikdən sonra dini, mənəvi-əxlaqi dəyərlər də cəmiyyətdə ön plana keçir, qanunlar sərtləşir. Belə qanunlar Avropa ölkələrində, əsasən, protestant icmalarının güclü olduğu yerlərdə qəbul edilmişdi.
Amerikanı müstəmləkəyə çevirməyə çalışan protestantlar İngiltərədə qəbul olunmuş əxlaq qanunlarını 1620-ci ildə buralarda da tətbiq etməyə başladılar. Ayzek Azimovun fikrincə, bundan sonra kilsəni ziyarət etmək məcburi şəkil aldı. Zinət əşyaları taxmaq qadağan olundu, öz hisslərini hamının yanında ifadə etmək isə təqdir edilmədi. Bazar günləri dinə aid olmayan bütün fəaliyyət növləri, o cümlədən iş, idman, səyahət və s. qeyri-məqbul sayıldı.
O vaxtdan heç bir əsas və ehtiyac olmadan ən adi, ziyansız hər bir şeyi qadağan edən hər şeyə «puritan qanunları» deyirlər.
Məsəllər, deyimlər►Qəti qərara gəlmək, nəyi isə aydınlaşdırmaq, qeyri-müəyyənliyə son qoymaq.
İfadə birbaşa püşk atmaq adəti ilə bağlıdır.
Püşk atmaq adəti isə tarixdən əvvəlki dövrlərə gedib çıxır və əksər xalqlarda mövcuddur. Onun əsasında belə bir inam dayanır ki, püşk vasitəsilə müəyyən olunan nəticə Allahın istəyidir. İnsanlar belə düşünürdülər ki, hər hansı məsələdə püşk atmaq təkcə nəyi isə aydınlaşdırmır, həm də tərəddüdlərə, qeyri-müəyyənliklərə son qoyur və qəti qərarı ortaya çıxarır.
«Püşk atıldı – şübhə və qərarsızlığa son qoyuldu». Bu sözləri (lat. Alea jacta est) e.ə. 49-cu ildə qədim İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçərkən Yuli Sezar işlətmişdi.
Müasir dövrdə püşk atmaq ənənəsi daha çox idman yarışlarında yaşamaqdadır.
Məsəllər, deyimlər►Yaxşılıq edən insanın hər zaman rəğbətlə, pislik edən insanın isə lənətlə xatırlandığını bildirən ifadə.
İfadə xalq arasında yayılmış ibrətamiz bir rəvayətdən qaynaqlanır.
Rəvayətə görə, Yer üzündə suyun sel olub insanlara fəlakət gətirdiyi, odun isə meşələri, elləri yaxıb qovurduğu bir zamanlarda məskənlərindən, yurd-yuvalarından didərgin düşən insanlar əl açıb Allaha dua edirlər. Ondan imdad diləyirlər. Hər zaman məzlumun imdadına yetən Tanrının hökmü ilə insanların harayına çatmaq üçün Yer üzünə vicdan nazil olur. Vicdan təbiət qüvvələrinə onların öz güclərini xeyir yolunda necə sərf edəcəklərini başa salır. Yollarını azmış od və suya haqq yolunu göstərir. Onlara yaradılışlarının əsl məqsədini, dünyaya gələnin yaratmalı olduğunu xatırladır.
O gündən od, su və vicdan yoldaş olurlar. Əl-ələ verib dünyanı dolaşırlar. Səhralara su verirlər, şaxtalı-boranlı diyarlara istilik gətirirlər. Bütün dünyanı sevinclə doldururlar. İnsanlar məskənlərinə qayıdırlar. Odun ətrafında toplaşırlar. Müdrik qocaların səsi eşidilir:
– Rəhmət düzənə, lənət pozana.
Məsəllər, deyimlər►Heç nədən qorxmamaq, bütün təhlükələri göz önünə alaraq son dərəcə cəsarətli hərəkət etmək.
İfadənin Fransada kart oyunu ilə bağlı yarandığı ehtimal edilir.
Bu ehtimallar daha çox fransız dilində «riskə getmək» mənasını bildirən «va banque» (bankın hamısına getmək) sözünə əsaslanır. Kart oyununun iştirakçıları ortada olan bütün pulları udmaq istəyəndə bu sözü işlədirdilər.
Çox zaman belə addım atmağa qərar verərkən onlar kartların uğurlu sıralanmasına ümid edir və bununla da böyük riskə gedirdilər. Zamanla «banka getmək» ifadəsi daha geniş məna aldı və çətin, riskli məsələlərin həllinə görə mübarizə aparan insanlara aid edilməyə başladı. Əvvəlcə oyunçular arasında yaranan «bank» sözü bizim dilimizə keçmişdir. Daha sonra isə «getmək» sözü ilə işlənməyə başlamışdır.
Dilimizdə bu frazeoloji birləşmə ilə oxşar mənaya malik olan «odla oynamaq», «risk – xeyirxah əməldir» kimi ifadələr də işlədilir.
Məsəllər, deyimlər►Bir şeyin həddindən artıq və mənasız yerə şişirdildiyini bildirən ifadə.
İfadədəki «Roma» sözünə baxmayaraq o, rus ədəbiyyatından qaynaqlanır.
İlk dəfə böyük rus şairi İ.A.Krılovun «Yalançı» adlı təmsilində işlədilən bu ifadə sonradan danışıq dilinə keçərək yayılmışdır. Burada uzaq səfərdən qayıdan zadəganın harada olduğundan və nə gördüyündən, bütün bunların şişirdilməsindən, bunlarla bağlı lovğalanmasından söhbət gedir.
Əsərin qəhrəmanı xeyli yalanlar söyləyir və hətta Romada dağ boyda xiyar gördüyünü deyir ki, bu da hamının gülüşünə səbəb olur. O zamandan kimsə bir şeyi şişirdəndə «deyəsən, Roma xiyarından danışır» ifadəsi ilə münasibət bildirirdilər.
Təmsilin əsasında rus danışıq dilində lovğalar və yalançılar haqqında zərbi-məsəl kimi «Roma xiyarı haqqında nağılı izah etmək yaxşıdır» ifadəsi də ortaya çıxmışdı.
Məsəllər, deyimlər►İşin, fəaliyyətin davam etdirilməsi ciddi təhlükə yaratsa belə, onu dayandırmağın mümkünsüzlüyünü vurğulayan ifadə.
İfadə böyük Roma imperatoru Yuli Sezara məxsusdur.
Eramızdan əvvəl I əsrin ortalarında Qalliyada canişin olan Qay Yuli Sezar Romaya yürüş edib Pompeyi devirmək və bu şəhərdə hakimiyyəti ələ almaq qərarına gəlir. Sezar öz legionerləri ilə Qalliyanı Romadan ayıran Rubikon çayının sahilinə gəlir.
Rubikonu keçmək Romaya qarşı üsyan demək idi. Odur ki Sezar burada bir qədər tərəddüd edir və çay sahilində düşərgə salır. Nəhayət, o, qoşununa «İrəli!» əmri verir. Rubikon çayını keçdikdən sonra Sezar əsgərlərə üz tutub deyir: «Rubikonu keçdik. Artıq geriyə yol yoxdur». İndi bir çox Avropa xalqlarının dillərində «Geriyə yol yoxdur» ifadəsi ilə yanaşı, «Rubikonu keçdik» ifadəsi də işlədilir. Bu iki ifadə eyni məna bildirir.
Bəzən bir işin, hansısa fəaliyyətin davam etdirilməsi riskli və təhlükəli olur, lakin həmin işin dayandırılması isə tam məğlubiyyət vəd edir. Bax həmin ifadə məhz belə məqamlarda işlədilir.
Məsəllər, deyimlər►«Allah dolanmaq üçün hər kəsə bir yol göstərir, ondan bəhrələnmək üçün ağıl işlədə bilmirsə, bu, insanın öz fərsizliyindəndir» mənasında işlədilən ifadə.
İfadə xalq arasında yayılmış bir maraqlı rəvayətlə bağlıdır.
Rəvayətdə deyilir ki, keçmiş zamanlarda var-dövləti iki öküz və bir cütdən ibarət olan, ailəsini halal zəhmətlə dolandıran bir əkinçi varmış. Kişi inanırmış ki, öz əlinin bəhrəsi ilə güzəranını yaxşılaşdıracaq, amma illər keçsə də, dolanışığı düzəlmir. Nəhayət, bir gün kişi qərara gəlir ki, gedib Allah-taalaya şikayət etsin, ondan ruzu istəsin.
Bu niyyətlə evdən çıxan əkinçinin başına yolda müxtəlif hadisələr gəlir. Əvvəlcə yaxşı becərilmiş zəminin kənarında bir əkinçi ilə rastlaşır. Əkinçi onun niyyətini bildikdən sonra nəql eləyir ki, bəs hər dəfə taxılı becərib qulluq edir, biçin vaxtı yetişəndə isə tarla od tutub alışır. Xahiş edir ki, bunun səbəbini Allahdan soruşsun. Sonra kişini tutub padşahın hüzuruna gətirirlər, əhvalatı biləndən sonra padşah onu buraxdırır və deyir ki, mənim də dərdimi Allaha çatdır, söylə ki, niyə mən bu qədər varlı və güclü olduğum halda həmişə davada düşmənə basılıram. Şahın adamları kişini sərhəddən o üzə ötürəndə bir canavarla qarşılaşır. Canavar da kişidən «Allah mənə yem göndərsin» xahişini edir.
Kişi yoluna davam edir. Birdən göy guruldayır, şimşək şaqqıldayır, qeybdən gələn bir səs ondan kimi axtardığını soruşur. Kişi səcdə edib Allahı görmək istədiyini, ondan özünə ruzu diləyəcəyini bildirir. Səs ona Allahın özü olduğunu və artıq ruzusunu verdiyini söyləyir. Kişi yolda qarşılaşdıqlarının da dərdlərinə çarə istəyir. Səs deyir: «Əkinçinin tarlasının ortasında qızıl basdırılıb, yanğını onun qığılcımları törədir, qazıb çıxarsın. Padşah qızdır, ərə getsə, qoşunu basılmayacaq, canavara isə ağılsız insanları yem kimi verirəm».
Kişi şükür edib yola düzəlir. Əkinçinin yanına gəlib dərdinin çarəsini ərz edir. Birlikdə qızıl küpünü qazıb çıxardırlar. Sonra isə taxılları biçirlər. Əkinçi qızılları tən yarı bölməyi təklif edir. Kişi imtina edib deyir ki, Tanrı onun da ruzusunu verib və yola davam edir.
Gəlib çıxır padşahın hüzuruna. Ona qız olduğunu, ərə getsə, qoşunun daha məğlub olmayacağını deyir. Padşah sirri bildiyi üçün ona evlənməyi və ailəsini də gətirib onun ölkəsində yaşamağı təklif edir. Kişi isə razı olmur.
Evinə çatanda yenə qarşısında bir qaraltı peyda olub canavara çevrilir. Canavar onu yeyəcəyini bildirir. Kişi təəccüblə niyə belə etdiyini soruşur. Canavar isə belə cavab verir:
– Ona görə ki ağılsızsan. Yoxsa qızılları bölərdin, ya da padşahı alardın. Allah sənin ruzunu verdi, amma sən qanmadın.
Məsəllər, deyimlər►Televiziya ekranlarında nümayiş etdirilən, amma bədii-estetik cəhətdən çox da yüksək olmayan seriallara münasibətdə işlədilən ifadə.
İfadə ötən əsrin otuzuncu illərində ABŞ radiolarında efirə getmiş çoxseriyalı audioproqramlara yuyucu maddələr, o cümlədən sabun istehsal edən şirkətlərin sponsorluğu ilə bağlı meydana çıxmışdır.
Həmin dövrlərdə (1933) belə radio proqramlarının dinləyicilərinin əksəriyyəti evdar qadınlar idi və yuyucu tozların reklamları da birbaşa auditoriyanın həmin seqmentinə yönəldilirdi. Televiziya meydana çıxdıqdan sonra teleserialların nümayişi ilə auditoriyanın «Sabun operası» və «Sabun dramları» kimi ifadələr də geniş yayılmağa başlamışdır. Yenə həmin seriallarda yuyucu tozların, o cümlədən sabun çeşidlərinin reklam edilməsi şüurlarda «Sabun operası» ifadəsinin möhkəmlənməsinə səbəb olmuşdur.
Bəzən seriallardakı situasiya və süjetlərə uyğun gələn həyat hadisələrini, vəziyyətləri xarakterizə etmək üçün də bu ifadə işlədilir.
Məsəllər, deyimlər►Böhranlı şəraitdə hakimiyyət qurumlarının səbatsızlığını, qeyri-peşəkarlığını, bir-birinə zidd qərarların qəbul edilməsini və s.-ni bildirmək üçün istehza ilə işlədilən ifadə.
İfadə «Bibliya» süjetlərindən qaynaqlanır və bir toplumda hər hansı böhranlı şəraitdə əlaqəsiz hərəkətlərə mənfi münasibəti ifadə edir.
Müasir siyasi ədəbiyyatlarda və dövri mətbuatdakı politoloji şərhlərdə daha çox xaotik, böhranlı vəziyyətdə hakimiyyət dairələrindəki koordinasiyasız, impulsiv davranışları əks etdirmək üçün bu ifadədən istifadə olunur.
Dilimizdə bu deyimə bənzəyən «sağ əlin verdiyini sol əl bilməməlidir» ifadəsi isə hər hansı xeyirxah əməlin şöhrət qazanmaq, özünü reklam etmək məqsədilə deyil, Xeyirə xidmət göstərmək üçün həyata keçirilməsinin vacibliyini bildirmək məqamında işlənir.
Məsəllər, deyimlər►Heç bir şeyin yerində olmadığını, baş-ayaq yerləşdiyini bildirən ifadə.
İfadə böyük Azərbaycan şairi M.P.Vaqifin yaradıcılığından qaynaqlanır.
İctimai bərabərsizliyi, sinfi cәmiyyәtlәrdə haqsızlığı sәciyyәlәndirәn bu ifadә Molla Pənah Vaqifin mәşhur «Görmәdim» rədifli müxәmmәsindәn yayılaraq atalar sözü kimi mәqbullaşmışdır. Zəmanədən şikayət edən hәmin müxәmmәsdə ifadə bu kontekstdə işlənir:
Müxtәsәr kim, belә dünyadan gәrәk etmәk һәzәr,
Ondan ötrü kim deyildir öz yerindә xeyrü şәr.
Alilәr xaki-mәzәllәtdә, dәnilәr mötәbәr,
Sahibi-zәrdә kәrәm yoxdur, kәrәm әhlindә zәr,
İşlәnәn işlәrdә ehkamü lәyaqәt görmәdim.
Bu gün də istənilən cəmiyyətdə ictimai bərabərsizliyi, haqsızlığı və sosial ədalətsizliyi tənqid edərkən bu ifadə işlədilir.
Məsəllər, deyimlər►Acınacaqlı və asılı vəziyyətdə olduğuna, ixtiyarı əlindən getdiyinə baxmayaraq özünü sındırmayıb lovğalanan adamlar haqqında işlədilən ifadə.
İfadə xalq arasında yayılmış bir əhvalatla bağlıdır.
Bir nəfərin evinə qonaq gəlir. Arvad mətbəxdə xörək hazırlamaqla məşğul olur, kişi isə qonaqla söhbət edib onu əyləndirir. Xörəyin gec hazırlanmasından narahat olan kişi mətbəxə keçib arvadı ilə savaşır, arvad əlindəki kəfkirlə vurub kişinin başını yarır. Sonra evdə qonaq olduğunu nəzərə alaraq ərinin başından axan qanı yuyur, yarasını sarıyıb onu qonağın yanına göndərir.
Bayaqdan bəri bütün hay-küyü eşitmiş, indi isə kişinin pərt halda bir küncə qısılıb səssiz oturduğunu görən qonaq ona ürək-dirək vermək məqsədilə deyir:
– Rəhmətliyin oğlu, heç ürəyini sıxma. Burada utanmalı bir iş yoxdur. Sənin arvadın hələ toya getməlidir. Bizim yerdə arvadlar hər kiçik işdən ötrü ərinin saqqalından tutub sürüyürlər.
Ev yiyəsi bu sözləri eşidib mənalı-mənalı gülümsünür və deyir:
– Yox, canım, sənin ağlın öz arvadlarınıza getməsin. Mən hələ saqqalı ələ verməmişəm.
Məsəllər, deyimlər