►Əzәmәti, vüqarı, fədakarlığı və humanizmi bildirmək üçün işlədilən ifadə.
İfadə qәdim yunan әsatirlərinin məşhur qəhrəmanı Prometeyin adı ilə bağlıdır.
Qәdim yunan әsatirlərinә görә, titanlardan biri olan Prometey tәbiәtlә mübarizәdə aciz qalan insanlara yazığı gәldiyindən göydәn od oğurlayaraq adamlara vermiş vә ondan istifadә etmәyi öyrәtmişdir.
Bundan qәzәblәnәn Zevs Prometeyi Qafqaz dağlarında qayaya zәncirlәmәyi od vә dәmirçilik ilahı Hefestә әmr edir. Hәr gün nәhəng bir qartal gәlib zәncirlәnmiş Prometeyin qaraciyәrini söküb yeyir, gecəlәr isә onun qaraciyәri yenidәn әzab çәkmәk üçün sağalır. Sonralar əsatirin ikinci nәcib qәhrәmanı igid Herakl (Herkules) onu bu әzabdan xilas etmişdir.
Əsatirlərdə tәsvir olunan bu hadisә ilә әlaqədar «Prometey odu» deyimi meydana çıxmışdır ki, bu da insan qәlbindә yanan müqәddәs odu, elm, incәsәnәt, ictimai iş vә s. saһәlәrdә ali mәqsәdlәrә can atmağı və yaradıcılıq ehtirasını ifadə edir.
Dilimizdə yunan əsatirinin bu xeyirxah qəhrəmanının adı ilə bağlı olan «Prometey әzabı» ifadəsi də işlənir.
Məsəllər, deyimlər